Həyatın Yaşam Sığortası | Banco.az

Həyatın Yaşam Sığortası

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir. Qeyd edək ki, Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. “Paşa Həyat Sığorta”nı rəqiblərindən fərqləndirən ən önəmli cəhəti yaradılmış Şəxsi kabinet vasitəsilə vəsaitinizi özünüzün idarəetmə imkanını yaratmasıdır. Mylife.az.

“Paşa Həyat Sığorta”nın digər məhsulu “Həyatın Yaşam Sığortası”dır. Bu nədir? Həyatın Yaşam Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır.

Belə ki, Siz rəsmi gəlirinizdən aylıq müəyyən miqdar sığorta şirkətinə ödəyərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz. Həyatın yaşam sığortası bazarda ən yüksək gəlir təklif edən investisiya məhsuludur.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır. Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır. Müəyyən olunmuş müddət bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz. Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.

“PAŞA Həyat”ın mövcud müştəriləri www.mylife.az saytından qeydiyyatdan keçməklə "Yığım investisiyası" (Həyatın yaşam sığortası) növü üzrə hazırlanan xidmətdən yararlana biləcəklər. Müştərilər www.mylife.az saytına daxil olaraq qüvvədə olan müqavilələri nəzərdən keçirməklə mövcud statusla tanış ola, müqavilələrdə məbləğlələr üzrə dəyişiklik edə, həmçinin müvafiq müraciətlər edə bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç