Hər kəs qiymət artımından danışır | Banco.az

Hər kəs qiymət artımından danışır

Artıq Azərbaycanda "Kənd təsərrüfatı məhsullarının sığortası" haqqında qanunun layihəsi hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, sənəd Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri ilə birgə hazırlanıb və gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq.
"Əhali bilməlidir ki, ölkədə quraqlıq, təbii fəlakətlər gözlənilən hallardır. Buna görə, məhsulları dövlət öz kənd təsərrüfatı məhsullarının böyük hissəsini öz üzərinə götürəcək və kənd təsərrüfatı məhsulları təbii fəlakətlərdən sığortalamalıdır". Nazir bildirib ki, sadəcə hadisə baş verən zaman dövlətdən yardım gözləmək yanaşması metodu düzgün deyil: "Fermerə dəyən ziyan inzibati yollarla ödənilir. Amma bunu biz sistem halına salmalıyıq və əhali özünün məhsullarını sığorta etdirməlidir. Dövlət bu sığortada öz payını, yəni ən azı 50%-ni ortaya qoyacaq. Bütün mexanizmlər bununla tənzimlənməlidir. Hadisələrə fərdi yanaşmaq olmaz".
"Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracının artırılmasından sonra, ölkəmizə idxal olunan məhsulların həcminin artacağı gözlənilir".  Məlumata görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. "Məsələ kompleks şəkildə yanaşmaq lazımdır. Birinci növbədə, bu, Azərbaycan məhsullarının Rusiya bazarında brend kimi yer tutması üçün çox gözəl fürsətdir. Bizim məhsullar adıçəkilən ölkənin bazarında çox yaxşı tanınır. Yaranmış vəziyyət isə bizim istehsalçılara əlavə üstünlük verir", - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan fermerlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracının artırılması, ölkəmizə xaricdən gətirilən məhsulların həcminə təsir edəcək: "Təbii ki, bizim məhsullar Rusiya bazarına çıxdıqca, xaricdən Azərbaycana məhsul idxalının artımı gözlənilir. Əslində əhali özü tələbatı formalaşdırmalıdır. Yaxşı olar ki, əhali yerli məhsulları alsın və xarici məhsullara heç bir tələbat yaranmasın. Təbii ki, xaricdən gələn məhsulların həcminin artımı iqtisadi cəhətdən qiymətə təsiredici amildir. Lakin dövlət qiyməti tənzimləmək siyasəti ilə məşğuldur. Təbii ki, idxalı, ixracı optimallaşdırmaqla da məşğul olacağıq. O ki qaldı qiymət məsələsinə, onu qeyd etmək istəyirəm ki, 1 il bundan qabaq, kənd təsərrüfatı məhsullarının istehsalçıları dəfələrlə şikayət edirdilər ki, məhsullar bağlarda çürüyüb qalır, satılmır. İndi isə problem həll olunan kimi, məsələnin yaxşı tərəfləri qalıb bir kənarda, hər kəs qiymətin artımından danışır".

Ən sərfəli kredit üçün müraciət et

APA

Ən sərfəli krediti almaq üçün müraciət et