Hər bir biznesdə lazım olacaq 15 maliyyə termini | Banco.az

Hər bir biznesdə lazım olacaq 15 maliyyə termini

Hər bir biznesmen binzesə müxtəlif şəxsi bacarıqları ilə daxil olur.  Çoxusu satışı yaxşı bacarır,  bəziləri isə yaradıcı ideyalarla biznesdə uğur əldə edir.  Lakin onlardan maliyyəsahəsində fərasətli olduğunu düşünənlər, maliyyə hesabatlarının hazırlanması və onların idarə edilməsində çox zaman çətinlik çəkir.

Biznesdə maliyyə problemlərindən əziyyət çəkənlər,  mütləq ya hansısa mühasibin xidmətindən istifadə edir, ya da işini asanlaşdırmaq üçün bəzi mühasibatlıq proqramlarını öyrənir. Lakin bəzi əsas maliyyə terminləri vardır ki, hər bir biznesmen işində uğur əldə etmək üçün bu terminlərdən xəbərdar olmalıdır.  Bu terminlərdən xəbərdar olmaq və onların sizin biznesinzə necə təsir etdiyini başa düşməkləbiznes sahəsində yaranan maliyyə problemlərinə asanlıqla həll tapa bilərsiniz.

Budur, hər bir biznesmenin bilməli olduğu 15 əsas maliyyə termini

Aktivlər

İşinizdə mövcud olan bütün iqtisadi resurslar sizin aktivinizdir. Bunlara sizin inventarda saxladığınız məhsullarınız, istifadəsi üçün satın aldığınız  ofis mebeli, ticarət nişanları, müəllif hüquqları və.s daxildir . Aktivlər sizin biznesinizin əsas dəyərini təşkil edir, yəni biznesinizin ən çətin vaxtlarında siz onları sata bilərsiniz.

Öhdəliklər

Bir biznesin başlanğıcında, böyüdülməsində və ya saxlanılması üçün müxtəlif borc əməliyyatlarından istifadə edirik. Hansı ki, bura bank kreditləri, kredit kartları, məhsul istehsalçılarına olan borclar daxildir.  Öhdəliklərin əslində iki növu vardır: qısa müddətli öhdəliklər və uzun müddətli öhdəliklər. Qısa müddətli öhdəliklər dərhal ödənilməli olan borclardır (məsələn: təchizatçılara ödənilməli olan borclar) , uzun müddətli borclar isə müəyyən təminatlar daxilində ödənilməli borclardır (məsələn: bank kreditləri)

Xərclər

Biznes xərcləri elə xərclərdir ki,  şirkət hər ay üzrə sırasıyla onları ödəməyə məcburdur.  Bura daxildir, icarə xərcləri, podratçı ödənişlər,kommunal xərclər,   hüquqi xərclər,  işçilərin əmək haqqı, müqavilə xərcləri,  marketinq və reklam xərcləri və.s . Sağlam maliyyə mühiti üçün çox vaxt şirkətlər mümkün olduqca xərcləri aşağı tutmağa çalışırlar.

Pul vəsaitlərinin hərəkəti

Pul vəsaitlərinin hərəkəti sizin biznesiniz vasitəsi ilə gəlirlər və xərclər də daxil olmaqla pulun ümumi hərəkətidir.  Biznes uzun müddətli ödəmə qabiliyyətini müəyyən etmək üçün pul vəsaitlərinin hərəkətini izləməlidir.  Biznes pul vəsaitlərinin hərəkətini müəyyən bir dövrün əvvəlində və ya sonunda nağd pul balansını müqayisə etməklə müəyyənləşdirə bilər.

The bottom line (Alt xətt)

Bu ifadə doğma dilimizdəki hərfi mənasından  fərqli bir anlamı daşıyır.  Biznesdə ayın sonunda  itirdiyiniz və ya qazandığınız ümumi  məbləği ifadə edir.  Yəni işinizdə əsas maliyyə fiquru hesab edilir. Bu termin eyni zamanda, bir şirkətin gəlirlərinin ya artması ya da azalması məzmununda da işlədilə bilər.

Maliyyə qeydi

Maliyyə qeydləri maliyyə məsələlərinə hərtərəfli nəzarət etmək üçün sövdələşmələrin və xərclərin nəzərdə tutulduğu biznes hesabatıdır. Maliyyə qeydləri ya daxili istifadə üçün ya da ki, xarici istifadə üçün (məsələn:investorlar) hazırlanıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə hesabatı

Maliyyə qeydi ilə məzmun olaraq oxşarlıq təşkil edir , maliyyə hesabatı bütün biznesdəki maliyyə fəaliyyətlərinin siyahısıdır. Baxmayaraq ki, maliyyə hesabatı  ümumiyyətlə daha rəsmi  sənəd hesab edilir və kredit müəssisəsi tərəfindən sənədləşdirilir.

Pul vəsaitləri hərəkəti haqqında hesabat

Pul vəsaitləri hərəkəti haqqında hesabatda  müəyyən bir müddət ərzində biznesə daxil olan və ya xaric olunan pulları özündə birləşdirir.  Ümumiyyətlə dörd əsas kateqoriyanı özündə birləşdirir: əməliyyat fəaliyyətləri, investisiya fəaliyyətləri, maliyyə fəaliyyəti, tamamlayıcı məlumatlar

Mənfəət və zərər hesabatı

Müəyyən bir zaman ərzində müəssisnin gəlir və xərclərini özündə əks etdirir. Yəni şirkətin rentabelliyini müəyyən edir.   Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn: illik, yarımillik, rüblük, aylıq)

Balans hesabatı

Şirkətin maliyyə vəziyyətinin cari görüntüsüdür.  Bura daxildir, əldəki nağd pul, ödənilməli olan borclar, kapital və.s .   Mənfəət və zərər hesabatından əsas fərqi budur ki,  mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzindəki gəlir və xərcləri əks etdirisə, balans hesabatı  müəyyən bir tarixdə müəssiənin nəyə sahib olduğunu göstərir.

Mənfəət və zərər

Maliyyə cəhətdən dayanıqlı olması üçün bir şirkətin gəlirləri nəiniki onu xərclərini ödəməli hətta mənfəət də əldə etməyi bacarmalıdır.  Mənfəət və zərərlər mənfəət və zərər hesabatında  göstərilir.

 Kapital

Şirkətin aktivləri və investisiyaları onun kapitalını təşkil edir.  Kapitalın iki əsas növü vardır: borc kapitalı və sərmayə kapitalı

 Debitor borclar

Müştərilərin şirkətə olduğu borclar hesab edilir.  Bu borclar əvvəlcə faktura vasitəsi ilə müştəriyə xəbərdarlıq edilir, əgər ödənilməzsə qanuni yolla ondan alınır. Çox vaxt şirkətlərdə belə borclar aktiv kimi qeyd olunur.

 Amortizasiya

Avadanlıqların köhnəlməsi ilə bağlı xərclərdir.  Avadanlıq deyəndə bura maddi aktivlər, qeyri maddi aktivlər və təbii resurslar daxil edilir.

Qiymətləndirmə

Müəyyən bir biznesə maliyyə yardımı axtararkən, ilk öncə investorlar həmin işin ümumi dəyərini bilmək istəyirlər.  Bu proses qiymətləndirmə vasitəsi ilə həyata keçirilir ki,  biznesin  ümumi dəyərinin təxmini mənasına gəlir.

Mənbə: 15 Financial Terms Every Business Needs to Know

Müəllif: Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et