Həftənin Kitabları (3) | Banco.az

Həftənin Kitabları (3)

Hər həftənin 5-ci günü bir şəxsi inkişaf, biznes mövzulu və bir digər mövzuda (roman, dram, psixoloji və s. ) kitablar olmaqla ümumilikdə 2 kitabı sizin üçün seçirik.

Xoş Mütaliələr...

 

Ahmet Şerif İzgören

İş Yaşamında 100 Kanguru.

(Türkcə)

 

 Dilimizə “İş Həyatında 100 Kenquru” kimi tərcümə olunan bu kitab, müəssisələrdə idarəetmə üçün tətbiq edilən bir “sistem liderliyi” modelindən   bəhs edir.

 Nə üçün “İş Yaşamında 100 Kanguru”? Adındakı kenquru sözü, Avstraliya yerli dilində “səni başa düşmürəm” deməkdir. Kitabın yazıçısı           A.Ş.İzgören, iş həyatındakı mükəmməl sandığımız, lakin heç də ona uyğun olmayan, tətbiq edilmiş çox saylı “kenquru”-lara eyham vurur.

 Kitab, “Sistem Lideri” – nin sahib olduğu güclü şəxsi xarakter və üstün idaretmə bacarıqlarını həyatda istifadə etmək, insan resurslarını hərəkətə   keçirə bilmək və təsirli bir şəkildə istifadəsini təmin etməyin vacibliyini vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

Lev Nikolayeviç Tolstoy.

Etiraf

(Azərbaycanca)

 “Ölüm və dirilişə aid yüzlərlə hadisə xatırladım. Gördüm ki, mən sadecə Tanrıya inandığım zaman yaşayıram. Tanrını düşünməyim ilə o an     dirilirdim.”

 Həyatın mənası, varlığı ilə əlaqədar suallarına “Xristianlıq” dinində yetərli cavablar tapa bilməyən yazıçı, Provaslav Xristianlığına olan etiqadını   itirir.

 Həyatın məqsədini, məntiqini araşdıran, hər daim sorğulayan Tolstoy bu əsərdə etdiyi araşdırmaları, yaşayarkən yol verdiyi yalnış və doğruları   etiraf edir. Güclü məntiqi təhlillərə əsaslanan yazıda fikirləri, yanaşmaları oxuyarkən hər səhifədə heyrətlənməyə davam edirsiniz.

 

 

 

 

 

Layihə və kitablar haqqında fikirlərinizi rəy bölməsində qeyd etməyi unutmayın| Banco.az Qrup

Ən sərfəli krediti almaq üçün müraciət et