Həftənin Kitabları (2) | Banco.az

Həftənin Kitabları (2)

Hər həftənin 5-ci günü bir şəxsi inkişaf, biznes mövzulu və bir digər mövzuda (roman, dram, psixoloji və s. ) kitablar olmaqla ümumilikdə 2 kitabı sizin üçün seçirik.

 

Tövsiyə  :

Hər bitən kitabdan sonra, yeni kitabı əldə edərkən eyni janrı seçmək yerinə sevdiyiniz janrda olan kitablara (dedektiv, sevgi romanları və s.) ara verib digər mövzularda (ixtisas, fəlsəfə, psixoloji, şəxsi inkişaf və s. kitablar) oxumağa özünüzə fürsət verin. Məsələn, klassik ədəbiyyat vurğunusunuz, kitabxanada, kitab mağazalarında klassik bölmədə dolaşırsınız, klassik kitabları oxuyarkən hər 2-3 klassikin arasına bir ixtisasınızla əlaqədar kitab qoyun. Beləliklə siz həm sevimli janrınızı tərk etmirsiniz, həm də inkişafınıza diqqət ayırırsınız.

 

Robert T. Kiyosakir, Sharon L. Lechter

Varlı Ata, Kasıb Ata

Kitabda, orta sinif ailələrdən fərqli olaraq imkanlı ailələr tərəfindən övladlarına pulun qazanılması üçün illərdir öyrədilənlərdən daha effektiv və faydalı üsulların təklif edilməsindən bəhs edilir. Yəni necə etmək lazımdır ki, bir müddətdən sonra pul özü sizin üçün qazansın. Maliyyə haqqında təkliflərin dəyərləndirilməsi, aktiv və passivlərə baxış bucağının dəyişdirilməsi və s. kimi tövsiyyələrin yer aldığı bu kitab maddi sıxıntıların öhdəsindən gəlməyin yollarından da bəhs edir. Hər kəsin oxuması vacib bir kitab olduğunu düşünürük.

Ən sərfəli kredit üçün müraciət et

 

 

David Turaşvili

Cins Dövrünün Uşaqları.

“Kosmosu birinci fəth etmiş qüdrətli dövlətə sahib olmalarına baxmayaraq cins geyimlərini tikməyi bacarmırdılar”. Aciz qalan hökumət qərara gəlir ki, cins şalvar barəsində hər şey qadağan edilsin. Cins şalvarın simvolik məna daşıdığı əsərdə azadlıq eşqiylə yaşayan bir qrup gəncin ölkədən qaçmaq üçün planları, qaçış şəraiti, başlarına gələn maraqlı hadisələr və çox təsirli sonluq. Kitab haqqında çox yazıb “spoiler” vermək istəmirik. Bu həftəsonu bu kitaba vaxt ayırın.

 

Xoş Mütaliələr.

Layihə və kitablar haqqında fikirlərinizi rəy bölməsində qeyd etməyi unutmayın | Banco.az Qrup

Ən sərfəli krediti almaq üçün müraciət et