Hansı ölkənin daha çox borcu var? | Banco.az

Hansı ölkənin daha çox borcu var?

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, ÜDM göstəricisinə əsasən ən çox borcu olan ölkə 238%-lik nisbət ilə Yaponiya olub.

Bir çox insan Yaponiyanın olduqca inkişaf etmiş və rifah içində bir ölkə olduğunu düşünür. Adam başına milli gəlir nisbəti 2018 – ci ildə 39 306 Dollar olan ölkə Toyota, Honda, Sony və Nintendo kimi bir çox qlobal marka ilə dünyanın ən çox inkişaf etmiş iqtisadiyyatlarından birinə sahibdir. Ancaq əksər insanların bilmədiyi reallıq isə Yaponiyanın dünyanın ən çox xarici borcu olan ölkəsi olmasıdır. BVF-ə görə, ölkənin ümumi borcu 2017 – ci il üzrə ÜDM göstəricisinin 238% - nə bərabərdir.

Aşağıdakı şəkildə Yaponiyanın Avropanın borc bataqlığına batmış ölkələri olan Yunanistan, İtaliya və Portuqaliyadan daha çox borcu olduğu görülür. Son dövrlərdə dövlət borclarında artım yaşayan ABŞ da siyahının yuxarı pillərində yerləşir, ancaq yenə də Yaponiya qədər borclu deyil. ABŞ – da 2007-2017 – ci illər arasında ümumi borcun ÜDM göstəricisinə olan nisbəti 65% - dən 105% - ə qalxıb. İspaniya və Birləşmiş Krallıq da ən böyük artım yaşayan ölkələdəndir. Bu iki ölkənin borcları da eyni dövrdə iki dəfədən çox artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Borclu olmaq təbii ki, yaxşı vəziyyət deyil, amma sözügedən ölkələrin bu qədər borclanması onlara borc verən müəssisələrin həmin ölkələrə olan inamından qaynaqlanır. Əks halda heç bir ölkənin bu qədər böyük məbləğlərdə borc almağı mümkün deyil. Bu səbəbdən də siyahıda sadəcə inkişaf etmiş iqtisadiyyata sahib ölkələrin olması təsadüfi deyildir. Bununla yanaşı BVF – in siyahısında iqtisadi problemləri olan Afrika, Orta Şərq və Cənubi Amerika kimi ölkələrin məlumatları yoxdur.

Həmçinin oxu: Dünyanın ən yoxsul ölkəsi hansıdır?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et