Hansı bankların ehtiyatı daha çoxdur? - Araşdırma | Banco.az

Hansı bankların ehtiyatı daha çoxdur? - Araşdırma

Hər bir bank çalışır ki, dövriyyədə istifadə etdiyi vəsaiti daha çox olsun, lakin buna baxmayaraq, riskləri nəzərə alaraq, öz kapitalının bir qismini ehtiyat kimi ayırmalıdır.

Ehtiyatlar nədir və bank hansı məqsədlərlə ehtiyat yaradır?

Xüsusi ehtiyatlar (bundan sonra - ehtiyatlar) - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir.

Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.

Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlərin gecikmə günləri üzrə riski artdıqca, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Qeyd olunan ehtiyat faizlər üzrə ehtiyat məbləğləri üzrə hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.

Banco.az olaraq 2016-cı ilin 4-cü rübü üçün maliyyə göstəricilərini açıqlayan bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlarını müəyyən etdik və onları həcminə görə sıraladıq:

İlk üçlükdə "Nikoil Bank", "Bank of Baku" və "AccessBank" yer alıb.

Bank

Ehtiyatlara ayirmalar

(manat)

Nikoil Bank

198.518.430

Bank of Baku

117.659.000

AccessBank*

98.853.970

Beynəlxalq Bank

98.271.000

Kapital Bank

66.014.240

Xalq Bank

59.928.200

Dəmirbank

44.957.285

AGBank

36.969.880

Muğanbank

30.546.020

Yapı Kredi Bank Azərbaycan

30.003.770

Unibank

28.361.535

Rabitəbank

24.391.000

Paşa Bank

22.017.000

AFB Bank

19.145.260

Atabank

16.679.350

Bank Silk Way

14.885.945

Expressbank

13.440.000

Bank BTB

13.434.980

Azər Türk Bank

12.846.501

VTB Bank Azərbaycan

7.694.849

Bank Avrasiya

7.537.800

NBC Bank

7249000

Caspian Development Bank

4.351.590

ASB Bank

3.589.150

Amrahbank

2.478.081

Bank Respublika

1.682.496

Ziraat Bankı

433.690

Ən sərfəli kredit üçün müraciət et

AccessBank-ın xüsusi ehtiyatın yaradılmasına ayırmaları ötən ilin 3-cü rüb hesabatına əsasən əks olunmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et