Hansı banklardan kredit əldə edə bilərik? | Banco.az

Hansı banklardan kredit əldə edə bilərik?

Banco.az ölkəmizdə nağd pul krediti verən banklar və onların şərtlərini araşdırıb.

Təqdim etdiyimiz cədvəldə bankların təklif etdiyi kreditləri bir yerə topladıq. Özünüzə uyğun kredit növünü seçə və bankınıza müraciət edə bilərsiniz.

 

Bank

Məbləğ(AZN)

Müddət (Ay)

Faiz

Əmək haqqı üçün minimal tələb

(məbləğ)

AccessBank

500-10.000 

6-24 29% 155

AFB Bank

500-10.000 12 30% -
ASB Bank*

Ə/H-nın 3 misli

36 27% 250

Azər Türk Bank*

-

12-24

24-26%

-

Bank Avrasiya

min. 500

12

27%

300 AZN

Bank BTB

300-5.000 3-36 min. 30% 200 AZN

Bank of Baku*

300-10.000 (maks.)

36

26-32%

185 AZN

Bank Respublika

500-5.000 6-24 30% 350 AZN

Beynəlxalq Bank*

15.000

36

27-29%

150 AZN

Dəmirbank

maks. 10.000

36

min. 27%

-

Expressbank

300-10.000 3-36 30% 155 AZN

Kapital Bank*

300-20.000

3-36

29,84%

100 AZN

NBC Bank

- 12-36 29-31% 300-400 AZN

Nikoil Bank

500-7.000 6-24 28-30% 155 AZN

Rabitəbank

300-3.000

18

30-32%

-

Turan Bank

maks. 5.000 18 29% -

Unibank

300-15.000

3-36

23-29%

175 AZN

Yapı Kredi Bank Azərbaycan

300-10.000 6-36 28% 465 AZN

Ziraat Bankı

15.000 12-36 26-28% 2500 AZN

Ən sərfəli kredit üçün müraciət et

 

  • ASB Bank-dan kredit əldə etmək üçün bu bankın əmək haqqı kartına sahib olmaq lazımdır.
  • Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır və bank tərəfindən kredit kartı təklif olunur.
  • Bank of Baku-dan iş yeri dövlət və ya sabit maliyyə gəliri olan özəl müəssisələrin əməkdaşları, həmçinin yaşa və ya xidmət illərinə görə təqaüd alan şəxslər kredit əldə bilərlər.
  • Beynəlxalq Bank - dan  əmək haqqı və ya pensiya kartı olmalıdır.
  • Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.

Ümumilikdə kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bəzi hallarda isə zamin tələbi ola bilər. Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et