Hansı bankın bankomatında valyuta dəyişmək olar? | Banco.az

Hansı bankın bankomatında valyuta dəyişmək olar?

Başlıqdan da gördüyünüz kimi söhbət valyuta dəyişən bankomantlardan gedir. Bəli düzgün oxudunuz!!!

Valyuta dəyişən bankomatlar bir neçə ay olar ki, artıq ölkəmizdə var.

Bu bankomatlar vasitəsilə vətəndaşlar banklarda növbəyə durmadan, günün istənilən vaxtı istər xarici valyutalarını, istərsə də manatlarını nağd formada konvertasiya edə bilirlər.

Həm bankların, həm də vətəndaşların işini asanlaşdıran bu bankomatlar, banklar üçün daha unikal hesab edilə bilər. Belə ki, bank çox xərc çəkmədən, ayrıca işçi saxlamadan, icarə pulu vermədən mübadilə xidmətlərini təqdim edə bilir.

Valyuta dəyişən bankomantlar da aparılan mübadilə əməliyyatı günün valyuta kursuna uyğun olur. Lakin bankda təqdim edilən kursdan bir az daha fərqli rəqəmlərlə rastlaşa bilərsiniz.

Ölkəmizdə hal-hazırda 3 bank bu xidməti təqdim edir:

Bank

Bankomat

Valyuta

ASB Bank

Gənclik-Bazarstore

AZN, USD

Xətai-Bazarstore

Fairmont

CDB Bank

Azadlıq 124 AZN, USD, EUR, RUB

Kapital Bank*

Nərimanov

AZN, USD, EUR

Pashabank

“Şüvəlan Park” Ticarət Mərkəzi

USD, EUR, GPB

Four Seasons Hotel

“Port Baku” Biznes Mərkəzi

Baku Expo Center

JW Marriott Absheron Baku

PARK INN

“28 Mall” Ticarət Mərkəzi

“Bridge Plaza” Biznes Mərkəzi

Boulevard Hotel

Ən sərfəli kredit üçün müraciət et

*Kapital Bank-ın bankomatı texniki səbəblərə görə fəaliyyətini müvəqqəti dayandırıb.

Cədvəldə təqdim etdiyim valyuta bölməsində bankomatlarda hansı valyutalar üzrə əməliyyat apara biləcəyinizi öyrənə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et