Hansı bank aktivlərinin gəlirliliyi daha çoxdur? - ROA əmsalı | Banco.az

Hansı bank aktivlərinin gəlirliliyi daha çoxdur? - ROA əmsalı

ROA (Return on Assets) müəssisənin ümumi aktivlərindən istifadə edərək nə qədər mənfəət qazandığını göstərən əmsaldır. Bu əmsal müəssisənin aktivlərinin nə qədər effektiv istifadə edildiyini göstərir. ROA əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbəti ilə hesablanır. Bu əmsalı hər bir manat aktivə nə qədər xalis mənfəət düşdüyünü ifadə edir.

Həmçinin bax: ROE və ROA-nın faktor təhlili

İndi isə hansı banklarn aktivlərindən daha səmərəli istifadə etdiyinə baxaq. 

Aktivlərin gəlirliliyinə görə ilk yerləri 11%-lə Bank of Baku və 8%-lə Unibank tutur. Ən az ROA əmsalı isə İran Milli Bankının Bakı filialına məxsusdur. Bank 17%-lə sonuncu yerdə qərarlaşıb.

 

Həmçinin bax: Ən çox aktivləri olan banklar- Araşdırma

Həmçinin bax: Ən çox mənfəəti olan banklar- Araşdırma

Banklar ROA
1 Bank of Baku 11,09%
2 Unibank 7,81%
3 Azərbaycan Beynəlxalq Bankı 3,54%
4 Bank VTB 3,26%
5 Kapital Bank 2,00%
6 Bank Avrasiya 1,34%
7 Premium Bank 1,21%
8 Paşa Bank 1,17%
9 Bank Respublika 1,06%
10 Naxçıvanbank 1,03%
11 Ziraat Bank Azərbaycan 0,93%
12 Expressbank 0,90%
13 Yapı Kredi Bank Azərbaycan 0,83%
14 Rabitəbank 0,79%
15 Xalq Bank 0,73%
16 Nikoil Bank 0,64%
17 Azərbaycan Sənaye Bankı 0,56%
18 AFB Bank 0,40%
19 GünayBank 0,34%
20 Bank BTB 0,29%
21 Azər Türk Bank 0,23%
22 NBCBank 0,06%
23 AtaBank 0,03%
24 Turanbank 0,03%
25 AGBank -0,19%
26 Muğanbank -1,67%
27 Pakistan Milli Bankı Bakı filialı -2,45%
28 Amrahbank -2,61%
29 Accessbank -10,66%
30 İran Milli Bankı Bakı filialı -17,43%

 

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç