Hansı ABŞ hava yolları ilə baqajınızın itməsi ehtimalı daha çoxdur | Banco.az

Hansı ABŞ hava yolları ilə baqajınızın itməsi ehtimalı daha çoxdur

Birləşmiş Ştatlar boyu uzun səyahətdən sonra, başınıza gələcək ən xoşagəlməz və cansıxıcı hallardan biri, baqajın itməsidir. Təsəvvür edin ki, siz baqaj gözləyirsiniz və məlum olur ki, uçduğunuz hava yolları şirkəti onu başqa yerə göndərib. Birləşmiş Ştatlar Nəqliyyat departamentinin məlumatına görə (U.S. Department of Transportation ) bu il keçən illə müqayisədə daha az baqaj itirilib, məlumata əsasən ABŞ-ın 12 ən böyük hava şirkəti birinci yarımildə 806 705  ədəd ”itirilmiş baqaj şikayəti” ərizəsi ilə üzləşib, keçən ilin eyni dövründə bu rəqəm 817 111 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu il hər 1000 nəfər sərnişinə 2.54 baqa itirilməsi halı qeydə alınınb, ötən il həmin göstərici 2,65 olub. Ən böyük göstərici isə Expressjet-ə məxsusdur, hər min sərnişinə 4,21, keçən il isə vəziyyət hər 1000 nəfərə 4,17 olub. Skywest və Frontier isə şikayə ərizələrinin sayına görə ikinci və üçüncü yerləri tutub, müvafiq olaraq, hər 1000 sərnişinə 3,36 və 3,09 baqaj itgisi müşahidə olunub.


 

Ən sərfəli krediti almaq üçün müraciət et