Hamıya maraqlıdır ki, Google necə yaranıb? | Banco.az

Hamıya maraqlıdır ki, Google necə yaranıb?

Google və onun yaranma tarixi

İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs Google adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən GOOGLE artıq bir çoxumuzun həyatına daxil olmuş, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilmişdir.

Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hal-hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən GOOGLE internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixçəsi var.

GOOGLE-un qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. GOOGLE-un digər qurucusu Larri Peyc Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi. 1996-cı ilin yanvarında onlar Backrub adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı.

Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı GOOGLE adlandırdılar.

Google riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompüter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını Google-un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.

Şirkətin ilk addımları

 İlk olaraq onlar Yahoo şirkətinin qurucusu Devid Filoya müraciət edirlər. Filo onların yeni texnologiyasının əhəmiyyətini təqdir edir. Lakin dostların Devidden yardım almaq planları baş tutmur. Digər internet portallarının rəhbərləri ilə də danışıqlar nəticəsiz qalır. Bu uğursuz səylərdən sonra Sergey və Larri öz bizneslərini qurmaq qərarına gəlirlər. Bunun üçün müəyyən sərmayə tələb olunurdu. Onlar tezliklə biznes plan hazırlayırlar. İlk müraciət etdikləri şəxs Sun Microsystems şirkətinin qurucusu olan Endi Bextolşaym olur. O, uzaqgörən olduğundan Google sisteminin gələcəyi və perspektivləri onda ciddi təəssürat oyadır. O, dərhal Google.İnc şirkətinin adına 100 min ABŞ dolları məbləğində çek yazır.

Ancaq Google.İnc adlı şirkət mövcud deyildi. Sergeylə Larrinin ilk işi bu şirkəti qeydiyyatdan keçirmək olur. Daha sonralar onlar öz qohum, dost və tanışları arasında investor arayışların davam etdirərək 1 milyon dollara yaxın pul tapmağa nail olurlar. 1998-ci ildə Google.İnc şirkəti rəsmi şəkildə fəaliyyət göstərməyə başlayır. Şirkətin qapıları məsafədən idarə olunan pultla açılıb bağlanırdı. Çünki Google-in ofisi adi bir qarajda yerləşirdi.

Şirkətə cəlb olunan ilk əməkdaş hal-hazırda şirkətin texnologiyalar üzrə direktoru Kreyq Silversteynin maşını bu qarajda saxlanılırdı. Getdikcə böyüməyə başlayan Google 1999-cu ildə qarajı tərk edib ciddi bir ofisdə fəaliyyətini davam etdirməyə başladı. Googlenin artıq 8 əməkdaşı var idi. Serverləri isə gündəlik 500 min sorğu qəbul edirdi. Şirkətin xidmətlərinə də maraq artmağa başladı. Google-ın birinci müştərisi linux sistemləri üzrə ixtisaslaşmış RedHat şirkəti oldu. Google-nın fəaliyyətləri artıq 140 mindən artıq server vasitəsi ilə aparılmaqdadır. Onun təqdim etdiyi xidmətlər 101 dilə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Yahoo və MSN kimi məşhur internet portalları pulsuz e-poçt xidməti üçün sadəcə bir neçə meqabayt sahə təklif edərkən , Google 2004-cü ildə hamını heyrətə gətirərək, təqdim etdiyi Gmail adlanan pulsuz e-poçt xidməti ilə bu sahəni birdən-birə 1 Gbyte-a yüksəltdi və bu e-mail sahəsinin günbəgün artacağını bəyan etdi. Hal-hazırda Gmailin istifadə sahəsi artıq 3GByte-ı keçmişdir. Google tərəfindən təqdim edilən Google Earth proqramı vasitəsilə internet istifadəçiləri kompüterlərin arxasında oturaraq dünyanın istənilən nöqtəsinin peyk vasitəsilə yaxından çəkilmiş detallı fotoşəkillərini seyr edə bilərlər. Artıq bir çox dövlətlər ərazilərindəki hərbi və məxfi obyektləri ifşa etdiyi üçün bu proqramın qadağan olunmasını tələb etmişdir. Daha sonra video faylların online şəkildə izlənməsinə imkan verən YouTube.com saytını 1 milyard 650 milyon dollara alması ilə, Google, öz ətrafındakı heyrət dairəsini daha da genişlətmiş oldu.

Google bu gün

Forbes jurnalının hər il açıqladı dünyanın ən varlı adamları , o cümlədən planetin ən gənc sakinlərinin siyahısında Google şirkətinin qurucuları Larri Peycin və Sergey Brinin də adları var.

2013-cü ilin sentyabrına ona göstəricilərə əsasən Larri Peycin sərvətinin miqdarı 24,9 milyard dollardır və hazırda onun 40 yaşı və bir övladı vardır. Eyni yaşda olan Sergey Brinin sərvətinin miqdarı isə nisbətən az, yəni 24,4 milyard dollardır. Onların hər iksinin sərvətinin mənbəyi yaratdıqları Google şirkəti hesab olunur. 2013-cü ilin may ayına olan rəqəmlərə əsasən Google şirkətinin bazar dəyəri $268.44 milyard dollardır. İşçilərinin sayı isə dünya üzrə 53,861  nəfərdir. Şirkətin satışları $50.18 milyard  dollar təşkil edir.

Google-un ofisləri Burada dünyada ən maraqlı ofislər sırasında yer alır.  Burada şirkət işçiləri üçün bir sıra xidmətlər: idman və əyləncə meydançaları, camaşırxana, kimyəvi təmizləmə, avtomobil servisi, spa mərkəzi, üzgüçülük hovuzları, yüksək keyfiyyətli nahar, masaj və pulsuz tibbi xidmətlər təqdim olunur. Analitiklərin fikrincə, Google hələ ki öz potensialından və resurslarından tam şəkildə istifadə etmir. Bu şirkətin sonu görünməyən layihələrinin və uğurlarının hara kimi gedəcəyini indidən təsəvvür etmək çox çətindir.

Son olaraq, yaxın keçmişdə Google möcüzəsinə ev sahibliyi etmiş məşhur qarajın artıq köhnə kirayişinləri- Larri Peyc və Sergey Brin tərəfindən alındığını bildirmək istərdim. Dostların bir zamanlar kirayə üçün aylıq 1700 dollar ödədikləri bu qarajı hansı məbləğə aldıqları isə açıqlanmır. Qaraj minlərlə turist tərəfindən ziyarət edilir. Çox maraqlıdır ki, Sergey və Larri xəbər agentliklərindən bu qarajın ünvanını gizli tutmağı xahiş etsələr də, özlərini qurduğu Google Earth axtarış sistemi ilə bu qarajın da ünvanını asanlıqla tapmaq mümkündür.


 

Mənbə: Forbes və mərkəzləşdirilmiş kitabxana sistemi

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç