Hamdi Ulukaya: "Yola Çıxın və Bir Divar Rəngləməyə Başlayın" | Banco.az

Hamdi Ulukaya: "Yola Çıxın və Bir Divar Rəngləməyə Başlayın"

Türkiyədən ABŞ-a uzanan uğur hekayəsi ilə ABŞ-ın öndə gələn biznesmenlərindən olan və yoqurt brendi “Chobani”nin qurucusu Hamdi Ulukaya Pensilvaniya Universitetinin Wharton Biznes Məktəbinin MBA məzunlarının qarşısında çıxış etdi. Ulukaya çıxışı zamanı:

“Chobani-ni təsis edərkən sadəcə insanlara və daha yaxşısını edəcək gücə sahib olduğumuza inandım. 2005-ci ildə bağlanan yoqurt fabrikini satın aldığımda 5 nəfərdən ibarət komandam böyük planlarım olduğunu düşünərkən mənim bir fikrim var idi: divarları rəngləmək. Divarları rəngləməyə başladıqca, ağlımızda başqa yeni fikirlər yaranmağa başladı. Vaxt keçdikcə zavodun 55 işçisini yenidən işə götürdük. İşə götürdüyümüz hər bir işçi olduğumuz bölgədə 10 yeni iş imkanı yaratdı. 5 ildə 5 nəfərdən 2 mindən çox işçiyə və 1 milyard dollardan çox gəlirə çatdıq. Sıfırdan başlayaraq ABŞ-ın 1 nömrəli yoqurt markası olduq” dedi.

“Gənclər… Yola çıxın və bir divar rəngləyin”.

Gənclərə olan inancını dilə gətirən Ulukaya:

“Bir çobanın oğlu olaraq doğuldum və dağlarda heyvanlarla maraqlandığım gənclik illərimdə biznesmenlərin şüşəli qüllələrdə yaşadıqlarını və digər insanlara yuxarıdan aşağı baxdıqlarını düşünürdüm. Vaxt keçdikcə özəl sektorun daha yaxşı bir gələcək üçün güclü vasitələrə sahib olduğunu anladım. MBA məzunu olmaq möhtəşəmdir, amma bundan önəmlisi bərabər çalışdığınız insanlara inanıb və onların da sizə inandıqları müddətdə imkansızı həyata keçirə bilərsiniz.” dedi.

Ən sərfəli kredit üçün müraciət et

Gənclərə məsləhətlər verən Ulukaya:

“Bunu unutmayın. Mövlananın da dediyi kimi, yolu addımlamağa başladığınızda yol sizə görünər. Yola çıxın və ilk fürsətdə bir divar rəngləməyə başlayın” deyə əlavə etdi.

Ulukaya fəxri doktor ünvanına layiq görüldü.

Wharton-da məzuniyyət çıxışı edən Hamdi Ulukaya həmçinin Pensilvaniya Universiteti tərəfindən fəxri doktor ünvanına da layiq görüldü. Ulukaya ilə birlikdə jurnalist Andrea Mitchell, dəniz ekosistemləri tədqiqatlarının öncülü Sylvia Earle, vəkil və riyaziyyatçı Freeman Hrabowski, sosioloq Elihu Katz, məşhur musiqiçi Yannick Nezet-Seguin, yazıçı Peggy Noonan və professor Laurel Thatcher Ulrich də fəxri doktor adına layiq görüldülər.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et