Gürcüstanda karantin cərimələri silindi | Banco.az

Gürcüstanda karantin cərimələri silindi

Gürcüstan parlamenti koronavirusla bağlı karantin qaydalarını pozmuş vətəndaşların cərimələrinin ləğvi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Söhbət izolyasiya, karantin qaydalarının və maska rejiminin pozulmasına görə yığılmış 76 milyon lari (təxminən 25 milyon dollar) cərimə məbləğindən gedir. Əfv 245 mindən çox vətəndaşı və 344 hüquqi şəxsi həm inzibati, həm də cinayət məsuliyyətindən azad ediləcək.

Qeyd edək ki, cərimələrin ləğvi təşəbbüsünü ölkənin Baş naziri İrakli Qaribaşvili irəli sürüb.

qafqazinfo

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et