Günün kartı - Visa Electron/Maestro | Banco.az

Günün kartı - Visa Electron/Maestro

Bu gün biz sizə Visa Electron/Maestro katrı haqqında məlumat verəcəyik. Bunlar ən populyar kartlardır. Onların köməyi ilə siz həm Azərbaycanda, həm də xaricdə elektron terminallarla təchiz olunmuş mərkəzlərdə və mağazalarda malların və xidmətlərin haqqını ödəyə bilərsiniz. Sizin hesabınıza fiziki və hüquqi şəxslərdən nağdsız köçürmələr həyata keçirmək, eləcə də əməkhaqqı köçürmək olar. Visa Electron/Maestro kartları adətən vətəndaşların müəyyən sosial kateqoriyaları üçün, məsələn, tələbə və gənclər üçün nəzərdə tutulmuş kartlardır.

Visa Electron

Dünya üzrə üzərində Visa loqotipi olan istənilən yerdə istifadə etmək olar. “Visa Electron” kartı müəyyən seqmentlərə, məsələn tələbə və gənclərə, məhdud gəlirli müştərilərə və ilk dəfə kart əldə edən istehlakçılara doğru istiqamətlənir. “Visa Electron” kartları üzrə avtorizasiyanın aparılmasının tələb olunması bu kartı bankın yeni müştərilərinə təqdim edilməsi və ödəniş kartından yeni istifadə edən müştərilər baxımından daha əlverişli edir.

Mastercard Maestro

Üzərində Maestro logosu olan Mastercard Maestro kartları gündəlik hesablaşmalar üçün ən əlverişli kartlardır. MC Maestro kartı alış-veriş üçün bankomatlar, mağazalar və onlayn rejimdə hesabınızda olan pul vasitəsilə ödənişlərin aparılmasında istifadə edə bilərsiniz.

Ölkəmizdəki əksər banklarsda bu kartlardan ən az biri vardır. Digər kartlarla müqayisə də qiymət baxımından ucuzdurlar. Təqdim etdiyimiz cədvəldə siz bankların  Visa Electron/Maestro plastik kartlar üçün təyin etdikləri tariflərlə tanış ola bilərsiniz. Vurğulamaq istərdim ki, göstərilən qiymətlər sıradan vətəndaşlar üçün nəzərdə tutulub və nağdlaşdırma komisyon dərəcəsi bankların öz bankomatlarından çıxarış zamanı tutulan faiz dərəcəsidir.

Bank

Kart adı

Xidmət haqqı

Müddət

Nağdlaşdırma

İlkin mədaxil

AccessBank

Visa Electron / Maestro

8-12-15 azn

1-3 il

1%

Zəruri deyil

AFB Bank

Visa Electron / Maestro

15 azn

1 il

1%

Zəruri deyil

AGBank

Visa Electron / Maestro

12 azn

1 il

1%

Zəruri deyil

Amrahbank

VİSA Electron

10-18-25 azn

1-3 il

1%

Zəruri deyil

Mastercard Maestro

12-20-30 azn

1-3 il

1%

Zəruri deyil

ASB Bank

Prestige/Extra Debit Card

5 azn

3 il

pulsuz

Zəruri deyil

Atabank

Visa Electron / Maestro

10-15-25 azn

1-3 il

1%

Zəruri deyil

AtraBanK

Visa Electron

10-18-25 azn

1-3 il

1%

Zəruri deyil

Azər-Türk Bank

Mastercard Maestro

12 azn

1 il

1%

Zəruri deyil

Bank Avrasiya

Visa Electron / Maestro

yoxdur

2 il

1%

20 azn

Bank of Azerbaijan

Mastercard Maestro

10 azn

1 il

1%

Zəruri deyil

Bank of Baku

Visa Electron / Maestro

7-12-18 azn

1-3 il

1%

Zəruri deyil

Bank Respublika

Visa Electron

yoxdur

3 il

1%

100 azn/50 azn

Bank Silk Way

Visa Electron / Maestro

15-20-30 azn

1-3 il

0,80%

Zəruri deyil

Bank Technique

Visa Electron / Maestro

8-15-21 azn

1-3 il

0,50%

Zəruri deyil

Beynəlxalq Bank

Visa Electron / Maestro

10-19-28 azn

1-3 il

1%

Zəruri deyil

BTB Bank

Visa Electron

10-15-20 azn

1-3 il

1%

Zəruri deyil

Deka Bank

Visa Electron

15 azn

1 il

1%

Zəruri deyil

Dəmirbank

Visa Electron / Maestro

yoxdur

3 il

1%

100 azn/usd/eur

Expressbank

Visa Electron / Maestro

6-10-14 azn

1-3 il

1%

Zəruri deyil

Kapital Bank

Visa Electron / Maestro

10-15-20 azn

1-3 il

1%

Zəruri deyil

Kredo Bank

Visa Electron

20-30-45

1-3 il

1%

Zəruri deyil

Muğanbank

Visa Electron

10 azn

1 il

1%

Zəruri deyil

NBC Bank

Visa Electron

20-30-40

1-3 il

1%

Zəruri deyil

Mastercard Maestro

10-20-30

1-3 il

1%

Zəruri deyil

Nikoil Bank

Visa Electron / Maestro

yoxdur

1 il

1%

200 azn

Parabank

Visa Electron

5 azn

1-3 il

1%

Zəruri deyil

Qafqaz Inkişaf Bankı

Visa Electron

15-25-35 azn

1-3 il

1%

Zəruri deyil

Rabitəbank

Visa Electron

10 azn

1 il

1%

Zəruri deyil

United Credit Bank

Visa Electron

15-30-45 azn

1-3 il

1%

Zəruri deyil

VTB Bank

Visa Electron

5-8-10 azn

1-3 il

1%

Zəruri deyil

Xalq Bank

Visa Electron / Maestro

10 azn

1 il

1%

50 azn

Zaminbank

Visa Electron

10 azn

1 il

1%

Zəruri deyil

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən də göründüyü kimi, ən sərfəli xidməti ASB bank təqdim edir. ASB bank eyni zamandan öz bankomatından nağdlaşdırma zamanı faiz tutmayan yeganə bankdır.

Bank Respublika, Bank Avrasiya, Dəmir bank, Nikoil bank-da isə xidmət haqqı tələb olunmur, lakin ilkin mədaxil zəruridir. Xalq bankda isə əgər kart əmək haqqı məqsədilə istifadə olunmayacaqsa, xidmət haqqı ilə bərabər ilkin mədaxildə zəruridir. 

Qeyd etmək istərdim ki, məlumatlar bankların rəsmi veb saytlarından və müştəri xidmətləri ilə əlaqə saxlanaraq hazırlanmışdır.

Hansı kartı seçib seçməməyinizdən asılı olmayaraq, arzu edirik ki, kartınızda pulunuz çox olsun :)

Ən sərfəli krediti almaq üçün müraciət et