Gündəlik həyatdan 5 ən vacib sığorta termini | Banco.az

Gündəlik həyatdan 5 ən vacib sığorta termini

Sığorta sevərlərin diqqətinə! Bu post məhz sizin üçündür. Cəmiyyətimizdə insanlar ya sevdikləri mülklərini, ya övladı kimi qoruduğu  avtomibillərini ya da ki,  hər şeydən əziz olan öz sağlamlıqlarını sığortalayırlar. Lakin sığortalama prosesi zamanı bəzi terminlər var ki, onları adı çəkildikdə mat-məttəl qalırıq, elə bir ilk dəfə eşidirik.  Ona görə də bu məqaləni sırf sizlər üçün hazırlamışıq. Bilməli olduğumuz 5 əsas sığorta terminini sizlərə qürurla təqdim ediirk.

1. Permanent life insurance  ( Daimi həyat sığortası)

Sığortalıların həyat dövrünü əhatə edən bir sığorta polisidir.  Bu sığorta polisi investisiyaya oxşar, nəğd pul təklif edir. Belə ki,  siz yaşadığınız müddət ərzində bunun üçün sığorta şirkətinə borc pul ödəyirsinz.  Adətən daimi həyat sığortası üçün verilən premiyalar müddətli həyat sığortasından baha olur.

2. Premium ( Premiya)

Maliyyə itkilərindən qorunmaq üçün sığorta şirkətinə ödədiyiniz ödənişlərdir.  Bu ödənişlər aylıq, üç aylıq, altı aylıq və illik ola bilir.

3. Private mortgage insurance (Özəl ipoteka sığortası)

PMİ adlandırılan bu sığorta növü adətən öz müştərilərini təmin edir ki, ev aldığı zaman  real dəyərindən 20%  aşağı ödəmək imkanına malik olsun.PMİ müştərilərini  ödənişlər zamanı yaranmış müəyyən itkilərdən qoruyur,  buna görə də ev sahiblərinin hər ay ödədiyi premiyaların məbləği artır.  Adətən evin dəyəri 80%-dən aşağı olanda , PMİ ödəmək məcburiyyətində deyilsiniz.  Ancaq bəzi hallarda sığorta ödənişini ömrünüz boyunca ödəyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

4. Term life insurance (Müddətli həyat sığortası)

Bu sığorta siyasəti adətən beş ildən 30 ilədək davam edə bilir.  Müəyyən edilmiş müddət ərzində sığorta edilən şəxsə zərər dəyməsi halında buna görə sizin təyin etdikləriniz ianə alırlar.  Əgər heç nə baş verməzsə ianə də verilməz. Sığorta etmək istəyən şəxs müqavilə bitərsə müqaviləni yeniləyə bilər və ya sonda hər hansı bir cərimə olmasın deyə istənilən vaxtda müqaviləyə son verə bilər.

5. Umbrella insurance (Çətir sığortası)

Əslində  doğma dilimizdəki mənası sizə anlamsız gələ bilər. Amma  umbrella sığortası sizin aktivlərinizi çətir kimi qoruyur. Belə ki,əgər kimsə sizi qaralamaq üçün böhtan atıb , məhkəməyə verərsə siz öz maliyyə vəsaitlərinizi qorumaq üçün bu sığorta növündən istifadə edə bilərsiniz.

Xəzər Aslanov

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et