“Günay Sığorta”nın rəhbərliyində dəyişiklik olub | Banco.az

“Günay Sığorta”nın rəhbərliyində dəyişiklik olub

“Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Həsən Bədəlov şirkətin Direktorlar Şurasının üzvü seçilib.

Sədr vəzifəsinin icrası isə müvəqqəti olaraq Eldar Axundova həvalə edilib.

O, həm də “Günay Sığorta”nın İH sədrinin I müavini vəzifəsinə təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et