"Günay Sığorta"nın maliyyə vəziyyətinə nəzarət edən şəxslər dəyişdirilir | Banco.az

"Günay Sığorta"nın maliyyə vəziyyətinə nəzarət edən şəxslər dəyişdirilir

28 Oktyabr 2019-cu il tarixində "Günay Sığorta" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda "Cəmiyyətin Təftiş Komissiyasının tərkibinin dəyişilməsi" müzakirə ediləcəkdir. 

Hazırda "Günay Sığorta" ASC-də Təftiş komissiyasının sədri vəzifəsi boşdur. Komissiyanın üzvləri isə Elşən Süleymanov və  Vüqar Abdullayevdir. 

Məlumat üçün bildirək ki, Təftiş Komissiyası sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir. 

 

Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:

- sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;

- illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;

Ən sərfəli kredit üçün müraciət et

- sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;

- sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını təmin etmək;

- sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;

- sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;

- Direktorlar Şurasının təqdimatı əsasında əlaqəli şəxslərlə bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq  və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et