Günay Bank-ın aktivləri artıb - MALİYYƏ NƏTİCƏLƏRİ | Banco.az

Günay Bank-ın aktivləri artıb - MALİYYƏ NƏTİCƏLƏRİ

Günay Bank 2017-ci il 31 dekabr tarixinə olan maliyyə hesabatlarını açıqlayıb.

Ötən ilin yekununda bankın cəmi aktivləri 192,21 mln. manat olub. Bu isə 2016-cı il ilə müqayisədə 64% artım deməkdir. Öhdəliklərin həcmi isə 2 dəfə artaraq 131,931 mln manat olub.   

Sözügedən dövrdə Günay Bank-ın kredit portfeli 139,499 mln. manat, depozit portfeli isə 86,062 mln. manat təşkil edib.

Bank kapitalını da  artırmağı bacarıb.

Ən sərfəli kredit üçün müraciət et

Günay Bank-ın cəmi kapitalı 7 mln. manata yaxın artaraq 60,278 mln. manata çatıb.

Günay Bank mənfəətdədir.

7,304 mln. manat əməliyyat mənfəəti əldə edən bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara 3,205 mln. manat ayırıb və 2017-ci ili 4,099 mln. manat xalis mənfəətlə başa vurub.

Tam hesabatla buradan tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et