Gucci markası haqqında BİLİNMƏYƏNLƏR | Banco.az

Gucci markası haqqında BİLİNMƏYƏNLƏR

Gucci dedikdə, A-dan Z-yə bir çox geyim və ətriyyat markasını geridə qoyan brend yada düşür. Belə olduqda yəqin ki, Guccinin yaranma tarixi bir çoxlarınızın marağını cəlb edir.

Qadınlar modanın əsas təyinedicisi hesab olunsalar da bir çox geyim markalarının yaradıcısı məhz kişilərdilər. Gucci də belə markalardan biridir. Brend ilk dəfə 1921-ci ildə Guccio Gucci tərəfindən yaradılmışdır. O zamanlar Guccionun 40 yaşı varmış və o, London otellərinin birində lift işçisi olaraq çalışmış. Gucci şirkəti İtalyanın nağıllar şəhəri Florensiyada yaransa da Guccio öz brendini yaradarkən zadəgan ingilislərdən ilham almışdır. Guccinin ilk müştəriləri at sürdükləri üçün ondan brenddə ata aid müəyyən ünsürlər əlavə etdirməsini istəmişlər. Gucci də onların fikrini nəzərə alıb, atın yüyənini detal kimi öz məhsullarına əlavə etmişdir. Guccinin logosuna fikir versəniz onun at nalına bənzədiyinin fərqinə vararsınız. Logo həm də Guccio Guccinin baş hərflərini ifadə etməkdədir. Gucci, şirkəti 1953-cü ilədək öz idarə etdi. Təəssüf ki, Gucci öz adını daşıyan logonu görə bilmədi, çünki logo onun ölümündən sonra 1960-cı ildə rəsmi şəkildə ictimaiyyətə təqdim olundu.

Marka ilk vaxtlar ancaq dəri məhsullarının hazırlanmasına diqqət yönəltsə də 1940-cı ildə ölkəyə dəri materiallarının idxalında problemlər yarandığı üçün onlar ipəkdən istifadə etməyə başladılar. İlk ipək şarf üzərində çiçək eskizi Monako şəhzadəsi Qreys Kellinin sifarişi ilə hazırlanmışdı. Şərfi Guccinin oğlu Rodolf Gucci hazırlamışdı. Atasının ölümündən sonra o, biznesi daha irəli səviyyəyə daşımış və Hollivud ulduzları üçün geyim, aksessuar və s. hazırlamağa başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

1980-cı ildə Gucci ailəsində baş verən xoşagəlməz söz-söhbətlər brendə də təsirsiz ötüşməmişdi. Lakin 1994-cü ildə şirkətin idarəsini ələ alan Tom Ford tez bir zamanda markanı dirçəldə bilmiş və 5 il ərzində Gucci brendinin dəyəri 4 milyarda çatmışdı. Hətta Gucciyə aid cinslər 1988-ci ildə Ginnesin Rekordlar kitabına düşə bilmişdi. Beləki, bu cinslərin qiyməti 3,134 dollar təşkil edirdi.Gucci öz məhsullarında zamanla fərqli materiallara üstünlük verib. Bunlar içərisində bir çoxlarımıza tanış olan bambuk da yer almaqdadır. Bundan əlavə şirkət UNİCEF-lə də əməkdaşlıq etməkdədir. Buna görə Gucci bir çox layihələrdə yer almaqdadır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et