Görünüşü ilə deyil, qiyməti ilə diqqət çəkən 5 tablo | Banco.az

Görünüşü ilə deyil, qiyməti ilə diqqət çəkən 5 tablo

Related image

Əsərin adı:  “No. 5, 1948”

Rəssam:       Jackson Pollok

Tarix:           1948

Material:      Lif lövhədə yağlı boya     

Saxlanılır:    New York, şəxsi kolleksiya

J.Pollok - Amerikalı rəssam, rəsm əsərini boyamaq üçün maye boyalardan istifadə etməyi seçir – xüsusilə, sintetik qatran boyalar.

Lakin işin təsnifatı üçün ümumi yağlı boya kimi istinad edilir.

2006-cı ilin May ayında 140 milyon dollara satılmışdır.

 

Image result for woman III tablosuƏsərin adı:       “Woman III”

Rəssam:           Willem de Kooning

Tarix:               1953

Material:           Kətan üzərində yağlı boya

Saxlanılır:         Steven A. Cohenin şəxsi kolleksiyasında

Bu əsər, Willem de Kooning – in 1951-1953 – cü illərdə çəkdiyi 5 seriyalı əsərlər    toplusundan biridir. Rəsimlərin ana mövzusu “Qadın” – dır.

2006-cı ilin Noyabr ayında 137.5 milyon dollara, Steven A. Cohen – ə  satılmışdır.

 

Image result for Untitled (Yellow and Blue) painting

 

 

 

Əsərin adı:          “Untitled (Yellow and Blue)”

Rəssam:              Mark Rothko

Tarix:                  1954

Material:              Kətan üzərində yağlı boya

Ən sərfəli kredit üçün müraciət et

Saxlanılır:            Gizli alıcı - Asiyalı olduğu düşünülür.

Rəsm əsərinin mövzusu barədə, əsərin satışının reallaşdığı hərracda axar çayın təvsir edildiyi qeyd edilmişdir.             

Əsər, New York-da, Sotheby hərrac salonunda 46.5 milyon dollara satılmışdır.

 

Image result for Onement VI painting

Əsərin adı:      “Onement VI”

Rəssam:          Barnett Newman

Tarix:              1953

Material:          Yağlı boya

Saxlanılır:        Gizli alıcı.

Əsər,  B.Newman- nın 1948-1953 – cü illərdə çəkdiyi 6 rəsimdən ibarət seriyadan  biridir. Rəsimlər rənglərinə, ölçülərinə və onları ortadan ikiyə bölən nazik fərqli    rəngli xəttə görə spesifik hesab edilirlər.

Əsər 2013-cü ildə New York – da təşkil olunan hərracda 43.8 milyon dollara satılmışdır.

 

 

Image result for Lasso-like scribbles painting

 

Əsərin adı:       “Lasso-like scribbles”

Rəssam:          Cy Twombly (Edwin Parker)

Tarix:              1970

Material:          Boz arxa plana balmumu ilə

Saxlanılır:       ---

Əsər,  C. Twombly-nin 1966-1971 – ci illərdə ərsəyə gətirdiyi “Blackboard” seriyasına aiddir. Tablonun mənası, dəcəl məktəblinin, qara löhvəyə “Mən hərəkətə keçəcəyəm” - sonsuz bir yazı yazması kimi şərh edilir.

Əsər, 12 Noyabr 2014 – cü ildə “Christie's Contemporary Art Sale” sərgisində 70 milyon dollara satılır.

 

Fuad Vahabzadə, Banco.az