Google müntəzəm istifadəçilərinə pul qazanmaq üçün yeni imkan yaradır | Banco.az

Google müntəzəm istifadəçilərinə pul qazanmaq üçün yeni imkan yaradır

Google sıravi istifadəçilərin sadə tapşırıqları yerinə yetirərək pul qazanacağı tamamilə yeni tətbiqi test edir. Yenilik Task Mate adlanır və Hindistanda beta versiyası istifadəyə verilib.

Mövcud məlumatlara görə, iş birbaşa smartfonda həyata keçiriləcək və tapşırıqların özləri mümkün qədər sadə olacaq.

İstifadəçilərin qarşılaşacaqları tapşırıqlara nümunə olaraq, ingilis dilindən ana dilinə tərcümə, xəritələşdirmə proqramlarından istifadə üçün ərazinin fotoqrafiyası və s. nəzərdə tutulub.

Qeyd olunur ki, istifadəçilər təsdiqlənmiş tapşırıqlarda nə qədər qazandıqlarını görəcəklər. Prinsipcə, tapşırığın yerinə yetirildiyini izləmək də mümkün olacaqdır. Təəssüf ki, hazırda Task Mate-nin beta versiyasından nə vaxt çıxacağı və ölkəmizdə görünüb-görünməyəcəyi dəqiq bilinmir.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et