Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt | Banco.az

Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Axtardığımız hər bir informasiyanın asanlıqla tapılmasında köməyimizə çatan “Google”, həyatımızın hər bir sahəsinə sirayət etmişdir. İstədiyimiz zaman müraciət edə bildiyimiz bu axtarış şəbəkəsi nəhəngi haqqında hər kəsə məlum olmayan və təəccüblü faktları sizə təqdim edirik.

1. Axtarışların 16 % - i sistemə ilk dəfə daxil olan axtarışlardır.

2. 1999 – cu ildə “Google” – un yaradıcıları 1 milyon dollara şirkəti “Excite” – yə satmağa cəhd etdilər. Ancaq “Excite” onları geri çevirdi.

3. “Google” hər il təkcə reklam gəlirlərindən 20 milyon dollar əldə edir. Bu göstərici CBS, NBC, ABC və FOX kanallarının ən çox izlənildiyi saatların cəmindən yüksəkdir.

4. Hər dəqiqə “Google” – da 2 milyon axtarış həyata keçirilir.

5. “Google” axtarış şəbəkəsi “Facebook” sosial şəbəkəsini üstələyərək dünyada ən çox ziyarət edilən veb sayt ünvanını qazanmışdır.

6. Axtarış şəbəkəsinin adı təsadüfən ortaya çıxmışdır. 100 sıfırdan ibarət “googol” sözünün əvəzinə səhvən “Google” yazılmış və daha sonra dəyişdirilməmişdir.

7. 16 avqust 2013 – cü ildə “Google” sistemi 5 dəqiqəlik çökmüş və həmin vaxt ərzində internet trafiki 40 % azalmışdır.

Ən sərfəli kredit üçün müraciət et

8. “Google” – da həyata keçirilən hər bir axtarış “Apollo 11”  kosmik gəmisinin Aya göndərilməsindən daha çox hesablama gücü tələb edir.

9. Şirkət 2013 – cü ildə ölümdən xilas etmək məqsədi daşıyan yaşlandırma əleyhinə “Calico” firmasını təsis etdi.

9gs126 - Google Hakkında Çoğu İnsanın Bilmediği 14 İlginç Gerçek

10. “Google Xəritə” Android cihazların yoldakı sürətini izləyərək trafiki hesablayır.

rzgenl - Google Hakkında Çoğu İnsanın Bilmediği 14 İlginç Gerçek

11. “Google” – da axtardığınız bütün saytları “Star Trek” filmlərindəki Klingons dilinə tərcümə edə bilərsiniz.

4bcabc - Google Hakkında Çoğu İnsanın Bilmediği 14 İlginç Gerçek

12. “Google Earth” – ün verilənlər bazasındakı informasiyanın həcmi 20 Petabaytdan çoxdur. QEYD: 1 Petabayt = 1015 bayt

Image result for google earth

13. Stiv Cobs şirkətin loqosundakı ikinci “O” hərfinin sarı rəngdə olmasının loqo üçün düzgün seçim olmadığını söyləmişdir.

0y3ue4 - Google Hakkında Çoğu İnsanın Bilmediği 14 İlginç Gerçek

14 “Google Xəritə” – dən dənizin altındakı mərcan liflərini, su altı həyatı və gəmi qalıqlarını görə bilərsiniz.

unvneo - Google Hakkında Çoğu İnsanın Bilmediği 14 İlginç Gerçek

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et