“Google”-dan kriptovalyutalara ağır zərbə | Banco.az

“Google”-dan kriptovalyutalara ağır zərbə

“Google” kriptovalyutalarla bağlı reklamları məhdudlaşdırır.

Şirkət bundan sonra ICO reklamları, kriptovalyuta cüzdanları və kriptovalyuta ticarəti təklifləri ilə bağlı reklamlara öz platformalarında yer verməyəcək.

“Google” bu addımıyla “Facebook”- un etdiyini təkrarlayıb.

Şirkət yeni xidmət yeniləmə reklam siyasəti ilə artıq ICO-lar, cüzdan və ticarət reklamlarına yer verməyəcək. Şirkətin reklam direktoru Skot Spenser “CNBC”-yə verdiyi açıqlamada “Google”-un yeni reklam siyasətinin bunu tələb etdiyini vurğulayıb.

Bu, qanuni olaraq kriptovalyuta hazırlayan şirkətlərin belə “Google”-un hər hansı bir reklam məhsulu ilə tanıtımına icazə verilməyəcəyi anlamına gəlir. Beləliklə, ICO-lar ilə bağlı reklamlar artıq “Google”-un öz xidmətlərində və çalışdığı üçüncü tərəf servislərində göstərilə bilməyəcək.

Yeniləmə 2018-ci ilin iyun ayında istifadəyə veriləcək.

Skot bunları əlavə edib:

“Gələcəyin kriptovalyutalarla hara gedəcəyini bilən sehrli bir topumuz yoxdur, ancaq istehlakçı zərərləri ilə qarşılaşdıq”.

“Google”-un bu hərəkətləri ilin əvvəlində “Facebook”- un qoyduğu ICO qadağası ilə paralel olaraq görünür.

Bu yenilik “Google”-un illik “etibar və təhlükəsizlik” reklam hesabatını yayımlaması ilə birlikdə gəlir.

“Google” 2017-ci ildə siyasətini pozan 3.2 milyarddan çox reklamı sildiyini və bunun ötən ilki nəticəyə nisbətən 1.7 milyard dollar daha çox olduğunu da hesabatda qeyd edib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et