“Google” bərpa olunan enerji sahəsinə ən böyük sərmayə qoyduğunu elan edib | Banco.az

“Google” bərpa olunan enerji sahəsinə ən böyük sərmayə qoyduğunu elan edib

“Google” şirkəti qlobal əməliyyatları üçün bərpa olunan enerji satın almaq üçün tarixində ən böyük sərmayə qoyduqlarını açıqlayıb.

Bu barədə şirkətin rəhbəri Sundar Piçai Helsinkidə Finlandiyanın Baş naziri Antti Rinne ilə birgə mətbuat konfransı zamanı bildirib.

“2017-ci ildə qlobal əməliyyatlarımızın 100 faiz bərpa olunan enerji hesabına həyata keçirilməsinə nail olmuşuq. Bu həftə bərpa olunan enerjinin tariximizdən iri həcmdə satın alışını həyata keçirmişik və həmin həcmin yarısı qədəri Avropada 10 yeni enerji layihəsi vasitəsilə istehsal ediləcək. İmzalanan müqavilələrin bəhrəsi Avropa İttifaqının yeni enerji infrastrukturuna milyard avrodan çox məbləğdə sərmayələr olacaq”, – şirkət rəhbəri deyib.

Ən sərfəli kredit üçün müraciət et

O, adıçəkilən layihələrdən 5-nin Danimarkada, 2-nin Finlandiya və İsveçdə, 1-nin isə Belçikada olacağını qeyd edib: “Finlandiyada külək enerjisinə dair iki layihəmiz 225 mVt həcmində enerji istehsal edəcək”.

Bununla yanaşı, növbəti iki ildə “Google”nin Avropadakı data mərkəzlərinə 3 milyard avroluq sərmayə qoyacağı, bununla da Avropanın internet infrastrukturuna 2007-ci ildən məcmu sərmayələrini 15 milyard avroya çatdıracağı da diqqətə çatdırılıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et