Google 21 milyon dollar cərimələndi | Banco.az

Google 21 milyon dollar cərimələndi

2018-ci ilin fevral ayında məlum olduğu kimi Hindistanın rəqabətin qorunması üzrə komissiyası amerikanın Google korporasiyasını “onlayn axtarış seqmentində və reklam xidmətləri axtarışında” bazardakı “dominant vəziyyətindən sui istifadə” etdiyinə görə 1,36 milyard rupi(21 milyon dollar) məbləğində cərimə etmişdir.  

Rəqabətin qorunması üzrə komissiyanın bəyanatına görə Google bilərəkdən özünə məxsus Google Flight servisinə baş vuranların sayını artırmaqdan ötəri axtarış sorğusunun nəticələrini manipulyasiya etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə Google öz rəqiblərinin axtarış sistemini həmin rəqiblərin saytlarında Google-nin axtarış sistemini avtomatik qoyanların istifadəsini məhdudlaşdırmışdır.

Məlumat üçün bildirim ki, 24 yanvar 2018-ci il tarixində Google kibertəhlükəsizliyi təmin etmək üçün Fortune 500 siyahısına daxil olan şirkətlərə proqram təminatı satmaq üçün yeni bölmə yaratmışdır.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et