Gömrükçülər ölkəyə qanunsuz yolla gətirilən siqaretləri müsadirə edib | Banco.az

Gömrükçülər ölkəyə qanunsuz yolla gətirilən siqaretləri müsadirə edib

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Ən sərfəli kredit üçün müraciət et

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et