"Goldman" ilin sonuna qızıl proqnozunu yeniləyib | Banco.az

"Goldman" ilin sonuna qızıl proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Goldman" bu ilin sonuna olan qızıl proqnozunu yeniləyib.

Banco.az xəbər verir ki, ən böyük investisiya bankı holdinqlərindən olan “Goldman Sachs” 2024-cü ildə qızıl qiymətlərinin gözlənilməz artımı səbəbindən qiymət proqnozunu yeniləyib.

Bu barədə qurumun investorlara ünvanladığı qeyddə deyilir.

Belə ki, “Goldman Sachs” 2024-cü ilin sonunda qızılın bir unsiyasının 2700 dollar olacağını proqnozlaşdırıb. Qurumun əvvəlki proqnozu 2300 dollar/unsiya idi.

Mərkəzi bankların, o cümlədən Çin Xalq Bankının (PBOC) davamlı qızıl tələbini və çinli investorların pərakəndə tələbatının artmasını əsas gətirən “Goldman Sachs” qiymətli metalın bazarda dəyərlənməsi ehtimalının hələ çox yüksək olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda qızılın bir unsiyası 2353 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et