Geyim markalarının rəqabəti: Zara vs H&M | Banco.az

Geyim markalarının rəqabəti: Zara vs H&M

İnternet vasitəsilə alış-verişin hər ötən gün daha da geniş yayılması səbəbilə geyim sənayesində də ənənəvi mağazaçılıq sektorunda uğurlu olmaq gün keçdikcə daha da çətinləşir. Lakin, onlayn alış-verişin artmasına baxmayaraq, ənənəvi mağazaçılıq sektorunda hələ də aparıcı geyim markaları mövcuddur. Bu markaların başında İspan şirkəti “Inditex”-in sahib olduğu “Zara” və İsveçin “H&M” markası gəlir. Bəs bu iki tanınmış markanın rəqabətində hansı şirkət öndədir?

Amerikanın maliyyə və biznes xəbərləri saytı olan “Business Insiders”-in yayımladığı məlumata əsasən, “Zara”-nın təsisçi şirkəti “Inditex” 2017-ci ildə 7% mənfəət əldə etdiyini açıqladı və ilin son rübündə satışlardakı artımı davam etdirdi. Bunun əksinə “H&M” şirkətinin son aylarda vəziyyətininin yaxşı olduğu deyilə bilməz. 2017-ci ilin son rübündə satışlarda əsaslı geriləmə yaşayan İsveç markası, bu ilin ilk rübündə isə fəaliyyət mənfəətinin 62% düşdüyünü açıqladı.

“WSGN” adlı trend pronozlaşdırma şirkətində pərakəndə satış strategiyaları müdiri vəzifəsində işləyən Nivindya Sharmaya görə, “Zara” tələb yaratmaq üçün hər hansı bir zamanda məhdud sayda yeni hissə sənədi təqdim edərək yarışa davam edir. Eyni zamanda şirkət alış-veriş edən şəxslərdə yeni təəssüratlar yaratmaq üçün mağazanın tərtibatını müntəzəm olaraq dəyişir. Bu da məhsul çeşidliliyi dəyişməsə belə, daha tez-tez dəyişdirilən vitrin dizaynı və manikenlər ilə qarşılaşmağınız deməkdir.

Xüsusilə moda və geyim markalarından söhbət gedirsə, sosial media şəbəkələri içərisində “Instagram” daha çox ön plana çıxır. Iki geyim markasının bu sosial şəbəkədə istifadəçi sayına nəzər saldıqda göstəricilərin bir-birinə yaxın olduğunu görürük. Statistika platforması “Statista”-nın aparıcı moda markalarının “Instagram”-dakı istifadəçilərinin saylarını yayımladığı qrafikə görə, 2017-ci ilin dekabr ayı da daxil olmaqla “H&M” in 23.9 milyon, “Zara” nın isə 23.6 milyon istifadəçisi vardır.

Ən sərfəli kredit üçün müraciət et

“H&M” İnventar böhranı yaşayır

Nivindya Sharma, bununla yanaşı “Zara”-nın onlayn platformasında yeni məhsullarla bağlı bildirişləri davamlı olaraq müştərilərinə çatdırdığını və bununla da onlarda saytı hər zaman ziyarət etmələrinə dair istək yaratdığını bildirdi. Bu üsullarla şirkət həddindən artıq inventar bolluğu yaşamır.

İsveç markası “H&M” isə məhz bu baxımdan uğursuzluğa düçar oldu. Belə ki, pərakəndə şirkəti təqribən 4 milyard dollar dəyərində satılmamış geyim səbəbiylə inventar böhranı ilə üzləşdi. Bundan sonra geyim markası tədarük zəncirini daha yaxşı hala gətirmək üçün bəzi əsaslı texnoloji dəyişikliklər etməyə başladı.

Digər tərəfdən “Zara” isə belə bir problem yaranmasının qarşısını almağın bir yolunu tapdığı üçün qismən uğurlu oldu. Marka strategiya müdiri Martin Roll, bu ilin mart ayında “Zara”-nın daha dəbli geyimlər təqdim etməsi ilə yanaşı, hər məhsulun istehsal həcmini məhdudlaşdırdığını, inventara nəzarət etdiyini və satışların artmasını təmin edən süni qıtlığı meydana gətirdiyini qeyd edir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et