Gənclər üçün ən sərfəlisi hansıdır - Azərcell, Bakcell ya Nar? | Banco.az

Gənclər üçün ən sərfəlisi hansıdır - Azərcell, Bakcell ya Nar?

Bu gün Azərbaycanın 3 əsas mobil operatoru olan Azercell, Bakcell və Nar Mobile operatorlarının gənclər üçün təklif etdiyi tarifləri araşdırdıq. 

Bu operatorların hər birinin gənclər üçün xüsusi tarifləri mövcuddur. Belə ki, bu tariflər Azercell - GəncSim, Bakcell - CINeration, Nar Mobile - CavanNar tarifləridir.

Bəs hansı mobil operatorun tarifləri daha sərfəlidir?

Daha sərfəli mobil operatoru müəyyən etmək üçün hər birinin tariflərini nəzərinizə çatdırırıq:

 

Azercell - GəncSim

Xidmətlər

Qiymət (qəpik)

Şəbəkədaxili zənglər

3-cü dəqiqədən sonra pulsuz

Digər mobil operatorlara (1 dəq.)

9

1 SMS

3

1 MMS

8

1 MB

20

GencSim tarifinə qoşulmaq üçün haqq 1 AZN-dir.

 

Bakcell - CINeration

Xidmətlər Qiymət (qəpik)
CINeration abunəçiləri arasında 1 dəqiqə 2
SMS və MMS CINeration abunəçiləri arasında 2
Şəbəkədaxili 1 dəqiqə 7
Şəbəkəxarici 1 dəqiqə 7
SMS ölkədaxili 5
SMS xarici ölkələrə 10
MMS ölkədaxili 3
İnternet trafik 1 MB üçün 29

 

Ən sərfəli kredit üçün müraciət et

CIN tariflərindən keçid haqqı – 1 AZN-dir

 

Nar Mobile - CavanNar 

Xidmətlər Qiymət (qəpik)
Tarifdaxili zəngin dəqiqəsi 2
Şəbəkədaxili zəngin dəqiqəsi 5
Şəbəkəxarici zəngin dəqiqəsi 5
Video zəngin dəqiqəsi 5
Ölkədaxili SMS 6
Ölkədaxili MMS 3
İnternet (1 MB) 29

"CavanNar" tarifinə qoşulanlar hər ay 300 dəqiqə danışıq vaxtı (Tarifdaxili), 300 MB internet və 300 SMS-dən ibarət bonus paketi əldə edir. Tarifdən istifadənin aylıq abunə haqqı 99 qəpikdir.

Sonda seçimi sizə buraxırıq. Hansı mobil operatorun daha sərfəli olduğuna siz qərar verin :)

Ən sərfəli krediti almaq üçün müraciət et