“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcəkdir | Banco.az

“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcəkdir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə 7 dekabr 2018-ci il tarixdə “İNKİŞAF Bİ(R)LİKDƏDİR!” devizi altında birja ticarəti üzrə “GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcəkdir.

Birja ticarəti üzrə simulyasiya yarışı “praktiki təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara – müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.   

Yarışın keçirilməsində məqsəd - fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.

Ən sərfəli kredit üçün müraciət et

4 nəfərdən ibarət olmaqla 20 komandanın yarışda iştirakı planlaşdırılıb. Yarış 2 vacib və ardıcıl mərhələdən ibarətdir: 1) master-klass təliminin keçirilməsi və 2) birja simulyatoru ilə əməliyyatların aparılması. Yarış prosesində maliyyə bazarında baş verə biləcək hadisələr modelləşdiriləcək və komandalar qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artıracaqlar. Yekunda virtual gəlirin məbləğinə əsasən ən çox gəlir əldə etmiş ilk üç komanda birinci, ikinci və üçüncü yerlərin qalibləri elan ediləcəklər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Media nümayəndələrini 7 dekabr 2018-ci il tarixdə saat 10.30-da “Landmark” mehmanxanasının “Rotunda” zalında keçiriləcək yarışda iştirak etməyə dəvət edirik. Ünvan: Bakı şəhəri, Nizami küçəsi 90 A. 

Ən sərfəli krediti almaq üçün müraciət et