Gənc biznesmenlər şəbəkələşmək üçün bir araya gələcək! | Banco.az

Gənc biznesmenlər şəbəkələşmək üçün bir araya gələcək!

Biznes mühitində aktiv həyat tərzi və şəbəkələşmə ən vacib komponentlərdəndir. Gündəlik iş həyatımızda və görüşlərdə qurduğumuz tanışlıqlar, əlaqələr bəzən yetərli olmaya bilir. Mövcud əhatənizi genişləndirmək, uğurlu tanışlıqlar qurmaq və spiker Kıvanc Yaycılı təqdimatında olacaq faydalı çıxışı izləmək istəyirsinizsə, gecikdirmədən bu tədbirdə öz yerinizi almalısınız.

Proqram:
19:00 - 19:30 - Sərbəst şəbəkələşmə və furşet masası
19:30 - 20:15 - İştirakçıların tanışlığı üçün aktivliklər
20:15 - 21:15 - Kıvanç Yaycılının çıxışı: "Uğurun sirri yoxdur"
21:15 - 22:00 - Sərbəst şəbəkələşmə

Kıvanç bəy hal-hazırda "Sirab" markasının kommersiya direktoru vəzifəsində çalışır.

Tədbir kimlər üçündür:
- Biznes sahibləri və şirkət, departament rəhbərləri
- Şirkətinin fəaliyyətini daha yaxşı etmək istəyən
- Yeni peşəkar tanışlıqlar axtarışında olan şəxslər

Tarix: 11 May, 19:00
Məkan: Park Inn Hotel
İştirak haqqı: 50 AZN*
Qeyd: Bu iştirak haqqı daxilində siz özünüzlə daha bir şəxs gətirə bilərsiniz, lakin bu şəxs bundan əvvəl Majlis Business Network tədbirlərində iştirak etməmiş biri olmalıdır.

Öncədən qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün [email protected] e-mailinə ad, soyad, mobil nömrə və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yazmağınız kifayətdir. Məsul şəxslər ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et