Gəlirlərinizi necə 2 dəfə artıra bilərsiniz? | Banco.az

Gəlirlərinizi necə 2 dəfə artıra bilərsiniz?

Kim gəlirlərinin iki mislini qazanmaq istəməz? Məncə hər kəsin bu suala cavabı birmənalıdır. Pul unikal vasitədir. Hər kəsin ona ehtiyacı var. Bu gün sizə 1 ildən də az müddətə necə gəlirlərinizi ikiyə qatlaya biləcəyinizdən danışacağam.

Pul qazanmaq istəyirsinizsə, əvvəlcə pulun haradan gəldiyini müəyyənləşdirməlisiniz. Yəni ilk addım olaraq, istedadlarınıza yatırım etməlisiniz. Nəyi daha yaxşı bacarırsınız? Nəyi heç kimsə sizin kimi mükəmməl edə bilməz? İstedadlarınızı tanıyın və üzərində çalışın. Bəzən xırda bir detal bütün rəsmin mənzərəsini pozur. Siz detallara fokuslanın.

Peşəkar olmaq üçün çalışdığınız pozisiyanı bütünlükdə öyrənməlisiniz. İşinizdə olan yeniliklər, işinizi görməyiniz üçün lazım olan sertifikatlar və kurslar. Bütün bunları vaxtaşırı öyrənməlisiniz.

İldə ən az bir dəfə, yeni iş müsahibəsinə qatılın. Bu sizdə iş dünyasındakı imkanları və maaşların ümumilikdə necə olduğu təəssüratını formalaşdıracaq.

Əvvəlcə özünüz özünüzü yüksək qiymətləndirməlisiniz. Ətrafın sizi necə qəbul etməsi, tamamilə sizdən asılıdır. Əgər maaşınız iki dəfə artsın istəyirsinizsə, əvvəlcə göstərdiyiniz xidməti 2 dəfə artırmalısınız. Yəni almamışdan əvvəl verməlisiniz qaydası burada da keçərlidir. Planlı görülən iş hər zaman uğurla nəticələnir. 2 saat qaydasına görə gündə sadəcə iki saat vaxt ayırmaqla, istədiyiniz sahənin mütəxəssisi ola bilərsiniz. Bir layihə kimi baxın arzunuza, siz layihə menecerisiniz. İlk əvvəl layihənin planını yazın, bütün detalları ilə. Sonra sizə kömək edə biləcək insanlara müraciət edin. Bacardığınız qədər çox insandan kömək istəyin. Biz insanlar xeyirxah varlıqlarıq. Sizə yardım edənlər mütləq tapılacaq. Daha sonra layihənin üzərində çalışın. Pul üçün deyil, öyrənmək üçün öyrəndiyinizdə gəlirlər özü sizi tapacaq. Gördüyünüz işlər hobbiləriniz olsun. İşinizin hər anından zövq almasanız, uğur qazanmayacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

İşə hər kəsdən tez gəlin, hamıdan gec çıxın. Bu sizi tıxaclardan qoruyacaq. Eyni zamanda daha çox çalışmaqla həmkarlarınızdan daha sürətli inkişaf edəcəksiniz. Belə bir ifadə var: ”Dahilər ilham pərilərini gözləmirlər, çünki onları ayaqlarına gətirtməyi bacarırlar.” Siz də işinizi ilham pərilərinə buraxmayın. Kim bilir nə vaxt gələcəklər. Unutmayın, başlamaq üçün ən düzgün zaman həmişə “indi” – dir.

Sevinc Hüseynova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et