Gələcəyin peşələri - TOP 5 | Banco.az

Gələcəyin peşələri - TOP 5

Sosial Media Meneceri

gələcəyi olan peşələr

Sosial şəbəkələri artıq kiçikdən böyüyə demək olar ki hərkəs tanıyır. Ancaq əksəriyyətin bildiyi yalnız FacebookTwitterInstagram-dan ibarətdir. Halbuki bu sosial şəbəkələrdən başqa bir neçə sosial şəbəkələr də var. Bu işçilərin nə ilə məşğul olduğunu bəlkə də çoxunuz bilmirsiniz. Sosial Media Menecerlərinin işi şirkətin və ya işlədiyi hər hansı başqa bir yerin sosial şəbəkə hesablarının idarə edilməsindən ibarətdir. 5-6 il ərzində sosial media menecerlərinə tələbatın artacağı gözlənilir. Sosial media menecerlərinin yaradıcıintellektual olmağı olduqca vacibdir. Bundan başqa bir çox sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyi bacarmalıdır.

Mobil proqramçı

Proqramlaşdırma işi bəzilərinə görə sadə bir iş kimi görünür. Halbuki olduqca çətin və hər kəsin edə bilməyəcəyi bir işdir. Bəli qazancı yüksəkdir amma böyük zəhmət tələb edir. İndiki vaxtda kompüterdən çox mobil istifadəçi olduğunu düşünsək, mobil proqramçılara gələcəkdə daha da çox tələbatın olacağını da düşünə bilərik. Proqram mühəndisliyi gələcəyi olan peşələr arasında yer alır.

Front end developer

Veb saytları ziyarət edən zaman hər gün yüzlərlə butonlardan və başqa vasitələrdən istifadə edirik. Bu butonların köməyi ilə işlərimizi asanlıqla həll edirik. Xüsusilə online ticarət saytlarında gördüyünüz düymələr sizə cəlb edici gələ bilər. Hətta saytların rəng tonlarının uyğunlaşmasını belə fərqində olmadan bəyənirsiniz. Bütün bunlarla front end developerlər məşğul olurlar. Bunun ayrı bir iş sahəsi olduğunu düşünmək belə sizə qəribə gələ bilər. Amma gələcəkdə onlara daha çox ehtiyac olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Texnologiyanın inkişafıyla birlikdə mühəndislərə daha çox qiymət verildiyini söyləyə bilərik. Gələcəkdə bu mühəndislərin məşğulluğu 22% artacaq və olduqca məşhur peşələrdən olacaq.

Etik Xaker

Hazırki dövrdə bəzi şirkətlər təhlükəsizlik açıqlarını təyin etmək və əvvəldən tədbir almaq üçün etik xakerlərdən istifadə edirlər. Bu insanlara gələcəkdə daha çox ehtiyac olacaq. Öz məlumatlarını qorumaq və sistemlərini daha da etibarlı vəziyyətə gətirmək istəyən şirkətlər gələcəkdə bu insanları axtarmağa başlayacaqlar. Etik xakerlərə ehtiyacın 2020-ci ilə qədər daha çox artacağı gözlənilir.

Qida mühəndisi

Qida mühəndisliyi gələcəyin məşhur peşələri arasında iştirak edir. Daha ləzzətli yemək istehsalı, isehsalata gələn qida məhsullarından, hazırlanmış məmulatlardan nümunə götürərək analizlərin aparılması qida mühəndislərinin işidir. Bu sahəyə gələcəkdə daha çox tələb olması səbəbiylə 2020-ci ilə qədər qida mühəndislərinə olan ehtiyac artacaq.

©Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et