Gələcəyin iş mühiti necə olacaq? | Banco.az

Gələcəyin iş mühiti necə olacaq?

Uyğun iş saatları, sərbəstlik və süni intellektin ofislərdə tətbiqi - “Vodafone” şirkətinin Britaniya filialının direktoru Anne Sheehan gələcəyin iş yerlərində baş verəcək dəyişiklərlə bağlı öz proqnozlarını bildirir.

Qısa bir müddət əvvəl müştərilər, təchizatçılar və iş yoldaşları ilə əlaqədə olmağın yeganə effektiv yolu müəyyən yerdə bir ofisdə oturmaqla mümkün idi.

Artıq belə deyil. Texnologiya işləmə üsuluna təsir göstərməyə başladığından bəri biz harada olmağımızdan asılı olmayaraq müştərilərlə, həmkarlarımızla daim əlaqədəyik.

Beləliklə sual yaranır, gələcəyin iş ofisi necə bir məkan olacaq? Və gələcək illər ərzində texnologiya iş üsullarına necə təsir göstərəcək?

Şübhəsiz ki, ən böyük təsir harada və nə zaman işləyəcəyimizlə bağlı olacaq. Texnologiya hazırda bizə istədiyimiz yerdə və zamanda işlə məşğul olmaq imkanı yaradır. Bu hal illər keçdikcə daha da artacaqdır.

“Vodafone”-un Britaniya filialının direktoru Anne Sheehan bildirir: “Ötən on il ərzində texnologiya sahəsində baş verən inkişaflar nəticəsində iş üsullarında ciddi dəyişiklər yaşanmışdır. Bu insanların olduqları yerdən də daha çox sürət və daha yaxşı nəticə ilə işləməsini asanlaşdırdı.”

Texnologiyanın yenilikləri bizə öz vaxtımızdan daha səmərəli istifadə etməyə, xüsusilə də hərəkət halında olarkən işlə bağlantıda olmağa kömək edir. Bu isə insanların ev ilə iş arasında keçən vaxtı belə daha məhsuldar dəyərləndirmələrinə səbəb olur. Sheehan deyir, “ İş yerində mobil və rəqəmsal mühit yaratmaq işçilərin daha çevik olmasına imkan yaradır. Onlar həmçinin harda olmaqlarından asılı olmadan daha səmərəli işləyəcək, daha məhsuldar olacaq və müştərilərin tələblərini daha yaxşı qarşılayacaqlar.”

Ən sərfəli kredit üçün müraciət et

Bu çeviklik və sərbəstlik həmçinin müəssisələrin də daha effektiv fəaliyyət göstərməsinə kömək edəcəkdir. “Bir çox müəssisələr üçün bu, sadəcə istənilən yerdə istənilən vasitədən istifadə edən işçilər arasında əməkdaşlığı artırmaq üçün kommunikasiya üsullarından istifadə etməklə daha səmərəli komanda qurmaq vasitəsi deməkdir”, Sheehan deyir. “Digərləri üçün isə bu şirkət informasiyalarını rəqəmsallaşdırmaq, yəni bütün məlumatları şəxsi buluda köçürməklə işçilərin ofisdə və ya başqa yerdə işləmələrindən asılı olmadan təhlükəsiz şəkildə və asanlıqla həmin məlumatlara çıxış əldə etmək və bölüşmək imkanın əldə edilməsi deməkdir.”

Süni intellekt və “Əşyaların interneti” (IoT) kimi maraq doğuran texnoloji üstünlüklər də həmçinin gələcəyin ofisini formalaşdırma potensialına sahibdir. Sheehan deyir: “Yüksək sürətli bağlantı, rəqamsal əlaqələndirmə və əşyaların interneti müəssisələrin daha rəqəmsal iş mühiti yaratmasına, insanları, hadisələri və məlumatları əlaqələndirməsinə və işçilərin daha effektiv işləməsinə imkan verəcək üsullardan bəziləridir. “

Texnoloji yeniliklərin iş mühitini yenidən formalaşdırmasının sözsüz ki bəzi çətinlikləri də olacaqdır. “Müəssisələr məhsuldarlığı artırmaq, işçilər və müştərilər arasında əlaqəni gücləndirmək üçün texnologiyadan istifadənin yeni üsullarını axtardıqca, İT menecerlərin işi daha mürəkkəbləşəcəkdir”, Sheehan deyir. “İşçilərin müxtəlif cihazlardan istifadə edərək müxtəlif məkanlarda işlərini icra etməsi daha çox kommunikasiya kanalları yaratmaqla yanaşı həm də təhlükəsizliyə daha çox diqqət yetirilməsi deməkdir. Şirkətlərin İT departamentləri təhlükəsizlik pozuntularının qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsində həlledici rola malikdir.”

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et