Gələcəyin 20 perspektivli peşəsi | Banco.az

Gələcəyin 20 perspektivli peşəsi

Biznes Insider jurnalistləri ABŞ-da müxtəlif peşə sahələrinə dair iş yerlərinin artım proqnozunu araşdırıb. Nəticədə, onlar 2026-cı ilədək ən çox tələb olunan ixtisasları müəyyən ediblər.

20. Kənd təsərrüfatında fermerlər və menecerlər.

Onların işi çətindir: torpağı becərmək, bitki yetişdirmək, məhsul yığmaq, mal-qara bəsləmək və məhsulu alacaq mağazalar tapmaq. Təhsil tələbi elə də sərt deyil -  orta təhsil və ya ixtisas üzrə təshil yetərlidir.

19. Kompüter sistemlərinin analitiki

Kompüter sistemlərinin tərtib edilməsi və təkmilləşməsi üçün,verilən məlumatların emal problemlərini araşdırır. Bu vəzifədə işə başlamaq üçün ən azından bakalavr dərəcəsi tələb olunur.

18. Satış təmsilçiləri

Onlar istehsal edilmiş məhsulu satmağa kömək edəcək topdan alan və sonra satış edən  satıcılar tapmağa kömək edir. Təhsilə tələb minimaldır – an azıı orta təhsil olmalıdır, ən başlıcası insanlarla ünsiyyət qabiliyyətidir.

 17.  Yük maşını sürücüləri

Malları bir yerdən digərinə daşıyırlar. Təhsilə tələb yüksək deyil, amma sürcülük səriştəsi vacibdir. Ayıq-sayıqlıq və diqqətlilik ən başlıca amildir.

 

16. Müfəttiş (prorab)

Onlar obyektlərin tikilməsi prosesini təşkil edir və tikililər üzərində nəzarəti həyata keçirir. Təhsil orta səviyyədən aşağı olmamalıdır.

 15. Proqram sistemləri tərtibatçıları 

Əməliyyat sistemləri və proqram təminatlarını yaradırlar. Ən azı bakalavr dərəcəsinə sahib olmaq lazımdır.

 14. Fizyoterapistlər

Onların vəzifəsi xəstələri müalicə etmək və zədələrdən sağalmağa kömək etməkdir. Mütəxəssislər ali tibbi təhsil dərəcəsi almalıdırlar.

 13. İbtidai məktəb müəllimləri

Məktəb təhsilinin ilk illərində balaca uşaqlara dərs keçirlər. İş üçün bakalavr dərəcəsi tələb olunur.

 12. Kompüter və informasiya sistemlərinin menecerləri

Kompüter sistemlərini planlaşdırır və koordinasiya edirirlər. Bu iş üçün bakalavr dərəcəsi almaq tələb olunur.

 

11. Tibbi məktəblərdə müəllimlər

Ən sərfəli kredit üçün müraciət et

Hər şey aydındır: tibb fakültələrinin tələbələrini öyrədirlər. Bu vəzifə üçün elmlər doktoru və ya elmlər namizədi dərəcələrinə sahib olmaq gərəkdir.

10. Səhiyyə sahəsində menecerlər

Xəstəxanalarda tibbi xidmətlərin göstərilməsini təşkil edir, planlaşdırır və koordinasiya edir. Minimum bakalavr dərəcəsi tələb olunur.

9. Analitiklər

Onlar şirkətlərin əmək prosedurlarını öyrənir, onların işinin səmərəliliyinin artırılması üçün təhlil edir və optimallaşdırır. Mütəxəssis bakalavr dərəcəsinə sahib olmalıdır.

8. Marketoloq

Bazar araşdırması edir və reklam kampaniyaları  gerçəkləşdirir. Bakalavr dərəcəsi tələb olunur.

7. Vəkillər

Müxtəlif hüquqi mübahisələrdə insanların maraqlarını təmsil edirlər. Mütəxəssislər ən minimumu ali hüquqi təhsilli olmalıdırlar.

6. Mühasiblər və auditorlar

Onlar şirkətdə pul hərəkətini gerçəkləşdirir, öyrənir və optimallaşdırır. İş üçün bakalavr dərəcəsi tələb olunur.

5. Həkimlər və cərrahlar

Xəstələri öz sahələri üzrə müalicə edirlər. İş üçün ali tibbi təhsil mütləqdir.

4. Maliyyə menecerləri

Onlar şirkətləri maliyyəsini idarə edirlər. Bunu etmək üçün bakalavr dərəcəsi minimumdur.

3. Əməliyyat rəhbərləri

Onlar şirkətlərdə cari əməliyyatların gerçəkləşməsinə nəzarət edir. Bu vəzifə üçün ali təhsil tələbi vardır.

2. Proqramçılar (tətbiq tərtibatçıları) 

Tətbiqlər və proqram əlavələri hazırlayır. Ali təhsil - bakalvr dərəcəsi olmadan çətindir.

1. Diplomlu tibb bacıları

Onlar pasientlərin ehtiyac və qayğılarını tibbi qaydada qiymətləndirir və onlara qulluq xidmətini həyata keçirirlər. Ali təhsil dərəcəsi tələb olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et