Gələcəkdə kimlər İŞSİZ qalacaq? | Banco.az

Gələcəkdə kimlər İŞSİZ qalacaq?

Kaliforniya şirkəti olaraq tanınan Upwork ən böyük freelancer (ştatdan kənar) iş və işçilər təklif edən platformadır. Upwork.com saytından hər gün ortalama 3 milyon işçi yararlanır. 2015-ci ilədən bu günədək saytdan 14 milyon insan qeydiyyatdan keçib.

Şirkətin icraçı direktoru Stefan Kasriel növbəti illərdə işçi və iş axtarmaq prosesinin necə olacağı haqda məlumat paylaşıb. O, bəzi işlərin standartdan kənar olacağını, yəni daha çox uzaqdan idarə olunmaqla effektiv nəticə verəcəyinə diqqət çəkib. Stefan həmçinin gələcəkdə bəzi peşələrin daha çox aktual xarakter daşıyacağını da vurğulayıb.

1. Süni intellekt və robotexnika. Onun sözlərinə görə bu sahələrin düzgün inkişafı daha çox insanın işlə təminatına şərait yaradacaq.  

Əslində bir çox insan robotların və süni texnika vasitələrinin gələcək işlərdə üstünlük daşıyacağını düşünür. Amma Stefan bunun tam əksini iddia edir. Onun sözlərinə görə, gələcəkdə insanlara olan tələb daha da arta bilər. İnsanlar üçün iş deyil, müəyyən sahələr üzrə bilik çatışmamazlılığı problem yarada bilər. Yəni yeni sistemlərin ortaya çıxması yeni mütəxəssislərə ehtiyacı artıracaq. Buna hakim olacaq insanlar isə işsizlik problemi ilə qarşılaşmayacaq. Əslində onun sözlərində doğruluq payı var. Buna misal olaraq, sosial media vasitələrini göstərmək mümkündür. Əvvəllər insanlar satış və ya tanıtımı müəyyən kütləyə çatdırırdılarsa, indi bu daha asandır və eyni zamanda sahəylə də yeni peşə sahibləri məşğul olur.

2. Şəhərlər daha yaxşı mütəxəssisi öz ölkələrinə çəkmək üçün rəqabətə girəcəklər.

Amazon şirkəti 50000 işçisi olacaq ikinci bir mərkəzinin açılışı üçün 5 milyard dollar yatırım edəcəyini açıqlayanda Kanada, ABŞ və Meksika kimi böyük ölkələrdən 200-ə yaxın təklif gəldi. Səbəbi isə Amazon sahibinin diqqətini çəkərək mərkəzin ölkəsində fəaliyyətinə nail olmaq idi. Hər şəhər öz təklifini özünəməxsus şəkildə həyata keçirirdi. Nyu York şəhəri də öz növbəsində istəyini Empire State Building binasını Amazonun rəngi sayılan narıncı rənglə işıqlandırdı.

Ən sərfəli kredit üçün müraciət et

Belə təklifləri başlanğıc hesab etmək olar. Stefan gələcəkdə insanların istədikləri yerdən işləmək istəyinin artacağını və məhz bu səbəbdən də ən yaxşı şəhərlərin daha çox rəğbət görəcəyini bildirib. Belə olduqda isə şəhərlər də öz növbəsində rəqabətə girəcəklər.

Həmçinin maraqlıdır: İş müsahibələrində nələrə diqqət etməliyik?

3. 2027-ci ildə ABŞ-da insanların əksər hissəsi ştatdan kənar çalışacaq

Hal-hazırda ABŞ-da 36% işçi qüvvəsi ştatdan kənar işçi kimi çalışır. Aparılan araşdırmalar bu rəqəmin 2027-ci ildə daha da artacağını göstərir. Internet Institute-nin apardığı araşdırma göstərir ki, keçən il böyük şirkətlərdə belə çalışan işçilərin sayı 26% artıb. Bunlar içərisində Pfizer Samsung xüsusilə seçilir.

4. Zamanla məktəblər daha müasirləri ilə əvəzlənəcək

Bu fikir də olduqca maraqlıdır. Yeni texnoloji vasitələrin inkişafı cəmiyyətdə yeni daha müasir elmi öyrədən kurs və məktəblərə ehtiyacı artırır. Belə məktəblər artıq indidən formalaşmağa  başlayıb. Bunlara misal olaraq, Ad Astra, Wildflower School, Khan Academy, Coursera və EDX kimi elm ocaqlarını misal göstərmək olar. Sadalanan elm mərkəzləri standart təhsildən tamamilə fərqlənir və demək olar ki, burda uşaqlara ən yani metodla dərslər keçirlər.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et