GAP iflasa uğrayır? | Banco.az

GAP iflasa uğrayır?

GAP, mağazalarının və əməkdaşlarının sayını azaldır.

Bazar ertəsi verilən məlumata görə, şirkət ilin sonuna kimi, Şimali Amerikada fəaliyyət göstərən 175 əsas mağazasını bağlamaq niyyətindədir.

Güman olunur ki, bunun nəticəsində təxminən 250 iş yeri bağlanacaq və böyük işsiz kütlə əmələ gələcək.

Bloombergə verilən məlumata görə, şirkətin bu addımı atmaqda əsas məqsədi, satışda özünü göstərən kəskin azalmanın qarşısını almaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin prezidenti Jeff Kirwan  bildirib ki, “Bu qərarı qəbul etmək bizim üçün çox çətindir. Çünki şirkət neçə-neçə dəyərli əməkdaşını itirəcək. Lakin, digər əməkdaşlarımız, müştərilərmiz və sərmayədarlarımız üçün yaxşı gələcək təmin etməkdən ötrü bundan daha münasib çıxış yolu görmürük.”

Şirkətin hesablamalarına görə, bu dəyişiklik onlara 140 və ya 160 mln dollara başa gələcəək.

Ən sərfəli krediti almaq üçün müraciət et