Funtun məzənnələrində güclü bahalaşma müşahidə edilib | Banco.az

Funtun məzənnələrində güclü bahalaşma müşahidə edilib

Beynəlxalq valyuta birjalarında Breksitə dair yeni müsbət xəbərlər GBP/USD məzənnəsinin 1.33$-a kimi bahalaşmasına səbəb olmuşdur.

Yeni Breksit razılaşması fonunda parlamentdə növbəti səsvermə. 

Beynəlxalq valyuta birjalarında Breksit ilə bağlı yayılan yeni xəbərlərdən sonra funtun məzənnələrində güclü bahalaşma müşahidə edilib.

Bu gün isə Breksit planının İngiltərə parlamentində səsverməyə çıxarılması gözlənilir. Yeni Breksit planı qəbul olunarsa, GBP/USD məzənnəsində bahalaşma 1.35$-a kimi sürətlənə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Funtun qiymətlərində ticarət aktivliyinin artması, digər aparıcı valyutaların qiymətlərində də özünü göstərə bilər.

 

ABŞ-ın inflyasiya göstəriciləri açıqlanacaq

Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri dalğalanmanı daha da gücləndirə bilər.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et