FRS-in uçot dərəcəsini artırması manatın məzənnəsinə güclü təsir etməyəcək | Banco.az

FRS-in uçot dərəcəsini artırması manatın məzənnəsinə güclü təsir etməyəcək

ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

Ən sərfəli kredit üçün müraciət et

E.Rüstəmob bildirib: "Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur".

Ən sərfəli krediti almaq üçün müraciət et