2018-ci ilin Oktyabr ayı hər il qeyd olunan “Kibertəhlükəsizlik üzrə Avropa aylığı” (KTAA) kimi əlamətdar hadisə ilə yadda qalır. KTAA kompüter təhlükəsizliyi sahəsində vətəndaşların və təşkilatların məlumatlılığının artırılmasına yönəlmiş məlumat-propaqanda xarakterli kampaniyadır. Kampaniyanın təşkilatçıları Avropa Komissiyası və digər partnyorlar ilə birgə şəbəkə və informasiya təhlükəsizliyi üzrə Avropa agentliyidir (European European Network and Information Security Agency, ENISA). Bu səbəbdən də biz gündəlik bəlaya çevrilmiş məhz bu mövzuya toxunmaq istərdik.
Şəbəkə təhlükəsizliyi mexanizmləri mütəmadi inkişaf tələb edirlər, elə buna görə də daima ən müasir kibertəhlükəsizlik üzrə təhlükələrdən xəbərdar olmaq lazımdır. Sizin təhlükəsizlik üzrə həllinizin nə dərəcədə etibarlı olduğunu yoxlamağın iki yolu mövcuddur – birincisi – sistemin sıradan çıxmasını gözləyib aktiv hərəkətlərə keçmək və ikincisi - öncədən audit təşkil edib hədəfli hücumlara məqsədyönlü şəkildə hazırlaşaraq.
Bizi, informasiyanı bütün dünyaya asanlıqla ötürdüyümüz onlarla cihazlar əhatə edir. Bu çox gözəldir, bu proqresdir, və bu yerində dayanmır, lakin medalın əks tərəfi ondan ibarətdir ki, indi dünya qarışıqlığına qoşulan hər bir fərdin arzuolunmaz müdaxiləyə məruz qala və oğurluq qurbanına çevrilə biləcək öz şəxsi şəbəkəsi və şəxsi məlumatları mövcuddur.
İT barədə sonsuz danışmaq və fikir yürütmək olar, lakin çətin ki, məsələnin vaciblik və əhəmiyyətlilik səviyyəsinə inandırmaq tələb olunan bir şəxs tapıla bilsin. Daha vacib və məxfi olan məlumatlar əməkdaşlar və partnyorlar üçün ən ciddi giriş səlahiyyətləri ilə maksimal dərəcədə etibarlı müdafiə səviyyəsi tələb edir.
Qısa tarixçəsi ərzində Fortinet şirkəti İT bazarında öz yerini möhkəmlədə bilmişdir. İT təminatı üzrə dünya lideri öz müştərilərinə təhlükəsiz və heç də az əhəmiyyətli olmayan sadə İT infrastruktur qurmaq üçün ən innovativ və səmərəli həlləri təklif edir.
Azərbaycanda çoxsaylı müştərilər Fortinet-in ciddi üstünlüklərini dəyərləndirə bilmişlər və hətta bəziləri, məsələn Bank Respublika kimi, NGF Palo Alto ilə qurulmuş mövcud təhlükəsizlik sistemindən FortiGate xeyrinə imtina etmişlər.
FortiGate – istər kiçik ofislərin (FortiGate -30), istərsə də iri təşkilatların (FortiGate -5000) kibertəhlükəsizlik üzrə tələblərini təmin edə bilən 21-ci əsr şəbəkə təhlükəsizliyi platformasıdır. FortiASIC və ən son nəsil mərkəzi prosessorlardan (CPU) istifadə etməklə FortiOS əməliyyat sistemi hərtərəfli və effektiv müfadiənin öhdəsindən mükəmməl şəkildə gəlir.
Fortinet təşkilatı ilə illərin əməkdaşlığı şirkətin təhlükəsizliyə kompleks yanaşmasını açıq şəkildə göstərir – şirkət sadəcə şəbəkəarası ekran satmağa can atmır, əksinə bir-biri ilə qarşılıqlı əlaqədə olan həllərdən ( FortiGate – şəbəkəarası ekran, FortiMail – anti spam sistemi, FortiWeb - Web Application Firewall, FortiClient – müştəri təklifi, FortiManager – mərkəzləşdirilmiş idarəetmə, FortiAnalyzer – mərkəzləşdirilmiş təhlil və hesabat, FortiSandbox – mürəkkəb əhlükələrin aşkarlanması və məqsədyönlü hücumlardan müdafiə) kompleks təhlükəsizlik təklif edir.
WAF (Web Application Firewall) Azərbaycan müştərilərinə özünü çox yaxşı tanıdıb, onların çoxu uzunmüddətli sınaqlar keçirərək digər istehsalçılar ilə müqayisələr aparıblar. Nəticə birmənalı şəkildə FortiWeb seçiminin xeyrinə olmuşdur.
Lakin biz məqaləmizdə xüsusi yeri Fortinet Security Fabric həllinə ayırmaq istərdik. Fortinet Security Fabric strateji konsepsiyası Fortinet-in bütün məhsullarının vahid təhlükəsizlik sistemi çərçivəsində kompleks tətbiqinə yönəlib, həmçinin müasir surətli inkişaf edən İT infrastruktura dinamik adaptasiya imkanı verən digər istehsalçıların həlləri ilə birgə işləmək üçün şərait yaradır. İldən-ilə müasir təhlükələr daha da mürəkkəb formalar alırlar və müvafiq olaraq müdafiə vasitələri də daha intellektual olmalıdır.
Platforma avtomatik olaraq kompromat edilmiş cihazları, şəbəkə seqmentlərini, yeniləmə qaydalarını təyin edib dinamik şəkildə izolə etmək, qeyri-dəqiq siyasətləri dayandırmaq və zərərli proqramları silmək imkanı verir. Bundan əlavə, o şəbəkə konfiqurasiyalarının dəyişikliklərinə və yeni siyasətlərin tətbiqinə dinamik adaptasiya üçün həllər təqdim edir. Xüsusi tərtib olunmuş təhlükəsizlik prosessorları isə əhəmiyyətli dərəcədə səmərəliliyi və maştablamanı artırır. Məhz bu səbəbdən platformanın üç əsas atributunu fərqləndirirlər – genişlik, inteqrasiya və avtomatlaşdırma. Təhlükələrə çevik və kordinasiyalı cavab reaksiyası sayəsində Fortinet Security Fabrik hücumlarının qarşısını ala bilmək imkanına malikdir. Bu səbəbdən kiber təhlükəsizlik sisteminin seçimi zamanı ilk növbədə müştərilərin şəbəkələrində təhlükəsizliyin yüksək səviyyəsini təmin edərək müasir və mürəkkəb hücumlara sistemin maksimal dərəcədə qarşı durmaq qabiliyyəti nəzərə alınır.
BP, Coca-Cola, Samsung, Toyota, Vodafone və.s. kimi şirkətlər öz sistemlərinin informasiya təhlükəsizliyini Fortinet texnologiyalarına həvalə etmişlər.
Reallıq budur ki, ildən-ilə müvəffəq kiber hücumların təşkili üçün daha çox imkanlar yaranır. Analitiklər yaxın zamanda əşyaların interneti (İnternet of Things, IoT) sferasında hücumların sayının artacağının və təşkilatların istifadə etdikləri tətbiqlərin ümumi sayının üçdə birinin saxlanıldığı hibrid buludlar üçün yeni təhlükələrin yaranacağını proqnozlaşdırırlar.
Quraşdırılması və nizamlanması, həmçinin idarəsi və istifadəsi asan olan, real zamanda aşağı dəyər ilə agıllı inteqrasiya olunmuş müdafiə sistemi axtarışındasınızsa Fortinet seçərək heç vaxt yanılmayacaqsınız.
Artıq bir neçə ildir ki, ardıcıl olaraq Fominov Konsalting şirkəti (Fortinet Silver Partner) inteqrasiya olunmuş şəbəkə təhlükəsizliyi üçün inteqrə olunmuş həllərin tərtib olunması və quraşdırılması üzrə lider mövqeyindədir. Fortinet müştəriləri üçün aşkar nəticələr ilkin olaraq təhlükəsizliyin mükəmməl səviyyədə gücləndirilməsi və risklərin azaldılması; ikincisi isə, müşayiət və xidmət üzrə xərclərin azaldılması; və üçüncüsü, inzibatçılıq və inteqrasiyanın rahatlığı və çevikliyidir.