"Fitch" agentliyi "Azsığorta"nın reytinqini aşağı salıb | Banco.az

"Fitch" agentliyi "Azsığorta"nın reytinqini aşağı salıb

"Fitch" beynəlxalq reytinq agentliyi "Azsığorta" ASC-nin Sığortaçının Maliyyə Gücü (İFS) reytinqini "B+" səviyyəsindən "B"-yə endirib.

Agentlik "Azsığorta" ASC-nin reytinqinin aşağı salınmasını şirkətin biznes profilinin zəifləməsi və 2017-ci ildə vəziyyətin önəmli dərəcədə bərpa oluna bilməyəcəyi ilə əsaslandırıb.

Reytinqin azaldılması həmçinin şirkətin 2016-cı ilin III rübünün yekunlarına əsasən əməliyyat rentabelliyinin kəskin azalması ilə izah edib. Reytinq həm də şirkətin mənfəətinin böyük hissəsinin səhmdarlar arasında bölüşdürülməsini özündə əks etdirib.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin məlumatına görə, 2016-cı ilin III rübündə "Azsığorta" ASC-nin məcmu siğorta daxilolmaları Azərbaycanda makroiqtisadi mühitin pisləşməsi fonunda illik müqayisədə 34% azalıb. Şirkətin portfelində ən gəlirli istiqamət olan yüklərin sığortalanmasından daxilolmaların xüsusi çəkisi 2015-ci ilin III rübündəki 28%-dən bu ilin analoji dövründə 4%-ə düşüb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et