Fikrət Yusifov: "Xarici sərmayələrin ölkə iqtisadiyyatına gəlməsi üçün son illər böyük işlər görülür" | Banco.az

Fikrət Yusifov: "Xarici sərmayələrin ölkə iqtisadiyyatına gəlməsi üçün son illər böyük işlər görülür"

Müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının - texnoparkların yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılmasına start verilib.

Azərbaycanda texnologiya parkı və sənaye məhəllələrinin rezidentləri tərəfindən reallaşdırılan layihələrə qoyulan investisiyaların həcmi 3,8 milyard dollar həcmində dəyərləndirilir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı" konfransında deyib ki, Azərbaycanda 9 sənaye parkı və məhəlləsi yaradılıb, burada 82 rezident qeydiyyata alınıb və reallaşdırılan layihələrə rezidentlər bu günədək 3,4 milyard dollar investisiya qoyub.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda texnologiya parkı və sənaye məhəllələrinin rezidentləri
tərəfindən reallaşdırılan layihələrə qoyulan investisiyaların həcmi
3,8 milyard dollar həcmində dəyərləndirilir.

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının minimum həddə endirilməsi məhz yerlərdə qeyri-neft sektoruna aid olan belə müəssisələrin qurulmasından çox asılıdır: "Bu müəssisələrin yaradılmasında xarici investisiyaların rolu olduqca önəmlidir. Biz xarici sərmayələrin ölkə iqtisadiyyatına gəlməsi üçün son illər ərzində kifayət qədər çox işlər görmüşük. Ancaq real olan budur ki, hələlik bu investisiyaların həcmi real sektorun sürətli inkişafının təmin edilməsi ilə bağlı Prezidentin müəyyənləşdirdiyi strategiyaya o qədər də uyğun deyil. Bu gün qeyri-neft sektoruna aid belə müəssisələrin sayı sürətlə artmalıdır. Biz yalnız bu yolla ölkə iqtisadiyyatının real sektorunun əsaslı artımına nail ola bilərik".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et