Fəst-fud nəhəngi uçan restoran layihəsinə başlayıb | Banco.az

Fəst-fud nəhəngi uçan restoran layihəsinə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Subway” şirkəti uçan restoran layihəsinə başlayıb.

Banco.az xəbər verir ki, fəst-fud nəhəngi “Subway” müştərilərinə buludların üstündə sendviç yemək təcrübəsi təqdim etmək üçün qollarını çırmalayıb.

Belə ki, şirkət sentyabrın 1-də havaya qalxan "Subway in the Sky" layihəsi ilə 180 fut uzunluğundakı hava şarı vasitəsilə qonaqlara səmada sendviç servis etməyə başlayıb. Hava şarı eyni anda 6 müştərini daşıya bilir.

Buludların üzərində yemək istəyənlərin arzusunu yerinə yetirən şar Amerikanın müəyyən şəhərlərində səmanı bəzəyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, turlar saat 8:00-dan 14:00-a qədər həyata keçirilir və hər biri təxminən 30 dəqiqə davam edir. Şirkət hər gün bu uçuşa 40 fəst-fud azarkeşinin qoşula biləcəyini də bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et