Fermerlərə 108 milyon manat subsidiya ödənilib | Banco.az

Fermerlərə 108 milyon manat subsidiya ödənilib

2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 107,7 mln. manat məbləğində subsidiya ödənilib. Bu barədə hökumətdən məlumat verilib.

Bu məbləğdən 85,2 mln. manat yanacaq və motor yağlarının alınması, buğda, ting əkini və təkrar əkin üçün ayrılıb.

Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına 22,5 mln. manat subsidiya ödənilib.

Bundan başqa, 2018-ci ildə barama (498,1 ton) istehsalçılarına 2,5 mln. manat, arıçılara 2,7 mln. manat subsidiya verilib, süni mayalanma yolu ilə alınan 69,6 min buzova görə subsidiyanın məbləği isə 6,96 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hökumətdən bildiriblər ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli qiymətlərlə mineral gübrə və pestisidlərin satışına 108 mln. manat yönəldilib.

Ötən il ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün dövlət büdcəsindən 296,6 mln. manat ayrılıb.

©  “İnterfaks-Azərbaycan” 

Ən sərfəli krediti almaq üçün müraciət et