FED faiz qərarını nə zaman elan edəcək? | Banco.az

FED faiz qərarını nə zaman elan edəcək?

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in faiz qərarı nə vaxt və saat neçədə açıqlanacaq?

Banco.az xəbər verir ki, qlobal bazarlarda geosiyasi risklər və əmtəə qiymətlərinin gedişi investorların diqqət mərkəzində qalmaqda davam edərkən, hazırda əsas diqqət ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasından veriləcək qərarlara yönəlib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclas təqviminə əsasən dekabrın 12-13-də dekabr iclasları keçiriləcək və kritik faiz qərarı dekabrın 13-ü axşam saat 22:00-da açıqlanacaq.

Xatırladaq ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini ötən iclasda proqnozlara uyğun olaraq dəyişməyərək 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, bank ardıcıl 2 görüşdür ki, faiz dərəcəsini dəyişməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et