"Facebook-un kriptovalyutası "Libra" çox böyük risk yaradır" | Banco.az

"Facebook-un kriptovalyutası "Libra" çox böyük risk yaradır"

Bir neçə gün öncə ABŞ-ın texnologiya şirkəti "Facebook" öz kriptovalyuta vahidi "Libra"nı və rəqəmsal pul kisəsi "Calibra"nı 2020-ci ildə bazara çıxaracağını açıqladı. 

"Facebook"un bu yeni addımını "Northumbria" Universitetinin Professoru Hossein Sharif qiymətləndirib.

Sharif, "Məncə bu çox böyük bir addım oldu və bu vəziyyət təkcə texnologiya dünyası ilə bağlı deyil. Bu həm beynəlxalq, həm də milli bir məsələdir. Bu səbəbdən çox diqqət etmək lazımdır" deyib.

"Northumbria University"nin professoru əlavə edib:

"Bir həmkarım, "insana bir silah verin o bankı soya bilər, bankı soya bilərsə bir milləti soya bilər və beynəlxalq pul vahidi versək dünyanı soya bilər" deyərdi. Mən "Facebook"u günahlandırmıram, ancaq deməyə çalışdığım şey, bu vəziyyətin çox böyük bir addım olmasıdır. Bu addımın ölkələrin pul vahidləri ilə bağlı qlobal və milli iqtisadiyyatlarda çox böyük nəticələri ola bilər. "Facebook" bunu çox diqqətli addımlarla inkişaf etdirməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

"Facebook" digər hər hansı bir şirkətlə müqayisədə çox böyük bir şirkətdir. "Facebook"un qurucularından bəziləri "Facebook"un əslində bölünməsi lazım olduğunu söyləyir. Yeni pul vahidinin də şirkətin gücünə güc qatacağını düşünsək əlindəki güc 100 dəfə artacaqdır. "Facebook"un keçmişində bəzi qalmaqalları olmuşdu. Bu bizə "Facebook"a nəzarət edilməzsə yaradacağı təhlükələri göstərmişdi. Bunların unudulmaması lazımdır.

Hazırda mövcud maliyyə sistemin mükəmməl olduğunu düşünmürəm. Dəyişməsi lazım olan çox böyük elementləri var. Bununla belə, "Facebook"un getdiyi istiqamətə getməliyik? Xeyr, Mən belə düşünmürəm. Bizim daha demokratik, daha mərkəzdən nəzarət olunan bir maliyyə sisteminə ehtiyacımız var. Təkcə "Facebook" və ya "Mastercard" kimi şirkətlərə çox böyük güc verəcək sistemlərə ehtiyacımız yoxdur. Normal sistemlə müqayisə edildiyi zaman "Blockchain"ə təhlükəsiz deyə bilərik, ancaq bu an üçün kifayət qədər məlumata sahib deyilik. Dövlətlərin "Facebook"un nələr edəcəyini açıqlaması üçün hərəkətə keçmələrini istəyirik"

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç