Facebook sizi üzdən tanıyacaq | Banco.az

Facebook sizi üzdən tanıyacaq

Artıq “Facebook” sosial şəbəkə istifadəçilərini üzdən tanıya biləcək.

Belə ki, yeni nəsil telefonların bu imkanı var. Bu imkan həm telefonu, həm də içərisindəki sənədləri təhlükələrdən qoruyur.

Bunu nəzərə alan “Facebook” rəhbərliyi də yenilik edib. Əvvəlcə yalnız yeni nəsil telefon istifadəçiləri sosial şəbəkənin bu imkanından istifadə edəcək. Daha sonra kompüterlərdə tətbiq ediləcək. Artıq istifadəçi öz səhifəsinə daxil olmaq üçün e-mail və  şifrə yazmalı olmayacaq. Sadəcə telefonun ön kamerası vasitəsilə üzünü “Facebook”un  hazırlayacağı sistemə tanıdacaq və səhifəsinə daxil olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu yeniliyin tətbiqindən sonra  kiminsə “Facebook” hesabı başqaları tərəfindən oğurlana bilinməyəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et