Facebook milyonçusu Sean Parkerin dəlisov həyat hekayəsi | Banco.az

Facebook milyonçusu Sean Parkerin dəlisov həyat hekayəsi

Sean Parker - uğura erkən yaşlarında çatmış bir insan.

19 yaşındaykən fayl mübadilə xidməti “Napster”–i quran Sean Parker, musiqi dünyasına əsaslı təsir göstərdi.

24 yaşında olarkən qurucu prezidenti olduğu şirkəti biz hazırda “Facebook” olaraq tanıyırıq.

Bugün 39 yaşında olan Sean Parkerin ən az 4 milyard dollarlıq sərvəti olduğu təxmin edilir.

Gəlin, “Silikon Vadisi”–nin bu dəlisov nümayəndəsini daha yaxından tanıyaq.

Sean Parker kimdir?

1979-cu ildə Virginia əyalətində dünyaya gələn Sean Parker uşaqlıqda astma xəstəliyindən əziyyət çəkdiyi üçün çətin vaxtlar keçirmişdi. Məktəb illərində uğursuz olmasına baxmayaraq, yenə də olduqca ağıllı bir uşaq idi. Çox kitab oxuyan Parkerə kod yazmağı okean tədqiqatçısı olan atası öyrətdi.

15 yaşında xakerliklə məşğul olması səbəbilə FBI tərəfindən izlənilən Parker, bir müddət məcburi olaraq kitabxanada işləməli oldu. Burada özü kimi xakerlik keçmişi olan Shawn Fanning ilə tanış oldu.

1999-cu ildə hələ 19 yaşında olarkən fayl mübadilə xidməti olan “Napster”-i quran Sean Parker, bu addımı ilə o vaxta qədər ki ən sürətlə böyüyən şirkətlərdən birini də qurmuş oldu. Parker və şəriki Shawn Fanning musiqi sektorunu kökündən dəyişən yeniliklərə imza atan ikili olaraq tanınırlar.

Musiqi dərnəkləri tərəfindən açılan məhkəmə işləri nəticəsində “Napster” fəaliyyətini dayandırdı. Bunun yerinə “Plaxo” adlı “Facebook”–a oxşar başqa bir sayt qursa da, uğur əldə edə bilmədi.

2004–cü ildə “Facebook”–a qatıldı. O vaxtlar “Facebook” tələbələrin işlədiyi yeni bir layihə idi. “Facebook” – un qurucu prezidenti olaraq sayta sərmayə cəlb edilməsində, dizaynında və iş modelinin təkmilləşdirilməsində Sean Parkerin mühüm rolu vardır. Əslində “Facebook” – dakı fəaliyyətləri səbəbilə Zuckerbergdən daha təsirli olmuş və bu səbəbdən də “Facebook”–un prezidenti ola bilmişdi.

2005- ci ildə kokain saxlaması ittihamı ilə tutuldu. Ona heç bir cinayət işi açılmamasına baxmayaraq, bu vəziyyət səbəbindən “Facebook” – dan ayrıldı.

“Facebook” – dan ayrıldıqdan sonra da saytın böyüməsi istiqamətində mühüm işlər gördü.

2010-cu ildə nümayiş etdirilən və “Facebook” – un qurulmasına həsr olunan “The Social Network” adlı filmdə Justin Timberlake tərəfindən canlandırılan Sean Parker, davamlı olaraq şənliklərdə iştirak edən, dünyanı vecinə almayan bir insan olaraq xarakterizə edilir. Lakin, bu filmin həqiqətlərə əsaslansa da, tamamilə qurğu olduğunu xatırlatmaqda fayda var.

Ən sərfəli kredit üçün müraciət et

2006-cı ildə Peter Thielsin qurduğu “Founders Fund” – a şərik olan Parker, bu müddət ərzində “Spotify”–ın ABŞ – a gəlməsində və “Brigade Media”–nın qurulmasında mühüm rol oynadı.

Əlbəttə ki, bu müddətdə qazandığı pulu xərcləməyi çox yaxşı bacardı. Nyu Yorkda 20 milyon dollara satın aldığı West Village malikanəsi buna misal ola bilər. Parker daha öncədən bu evə ayda 45 000 dollar kirayə haqqı verirdi.

“Daily Mail” qəzetinin yayımladığı xəbərə görə, Parker və nişanlısı Alexanda Lenas zaman-zaman Nyu Yorkun dəbdəbəli plazalarından “Plaza Hotel”–də yaşayırlar.

Parker və Lenas 2013 – cü ildə 3.5 milyon dollar dəyərində bir toy mərasimi ilə Kaliforniyada evləndilər. 364 nəfər qonağın yer aldığı toy mərasimində Jac Dorsey, Mark Pincus, Dustin Moskovitz, Chris Hughes kimi “Silikon Vadisi”–nin mühüm sahibkarları da dəvətlilər arasında idi.

2014–cü ilin yay aylarında cütlük Los Ancelesdə “The Brody House” olaraq tanınan bir malikanəni 55 milyon dollara satın aldılar.

Parker geyimlərinə də xüsusi əhəmiyyət verən bir şəxsdir. Əksərən Tom FordDior tərəfindən hazırlanan dəbli kostyumlara üstünlük verir.

Şəxsi təyyarəsi olan Parker, eyni zamanda 100 000 dollar dəyərində “Tesla Model S”- ə də sahibdir. Parkerin qarajında bir ədəd də “Audi S5” də mövcuddur.

Parker, həmçinin olduqca heyvan sevər bir insandır. Bu səbəbdən də 600 milyon dolları “Parker Foundation” – ı qurmaq üçün xərclədi. Bu fond elm və qlobal sağlamlıqla bağlı tədqiqatlar aparır.

Parker, bununla yanaşı 2015 – ci ildə Stanford Universitetinə 24 milyon dollar ianə verərək öz adını daşıyan “Sean Parker Center of Allergy Research” adından bir elm mərkəzini qurdu. Bu mərkəz alergiyaların müalicəsi üzərində işləyir. San-Fransisko Kaliforniya Universitetinə də malyariya xəstəliyinin müalicəsi üçün 4.5 milyon dollar məbləğində ianə verdi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç