Facebook, Mail.ru ilə əməkdaşlıqda günahlandırılır! | Banco.az

Facebook, Mail.ru ilə əməkdaşlıqda günahlandırılır!

Facebook haqda söz-söhbətlərin davam etməkdə olduğu bir zamanda bu dəfə şirkətin Rusiyanın məhşur texnoloji şirkəti Mail.ru ilə əməkdaşlığı haqda xəbərlər medianın diqqətini çəkib. Beləki, şirkət şəxsi məlumatların Mail.ru ilə paylaşmasında şübhəli bilinir. 2015-ci ilədək Facebook öz istifadəçiləri haqda bəzi məlumatları əməkdaşlıq etdiyi şirkətlərlə paylaşırdı. Lakin sonradan bu paylaşımlar bir qədər məhdudlaşdırıldı. Lakin bu məhdudiyyət Mail.ru və digər 61 şirkətdə gözlənilmədi. Məlumat Facebook rəhbərinin konqres qarşısında hesabatı zamanı üzə  çıxdı. Əməkdaşlıq üzrə şirkətin nümayəndəsi İme Arçibonq bütün bu məlumatların mənfi xarakter daşımadığını və iddiaların araşdırılacağını açıqladı. Məlumata görə, Mail.ru şirkəti Facebook üçün “yüzlərlə tətbiq” hazırlamış, bir çoxları test edilib və yalnız bir qismi rəsmi şəkildə istifadəyə verilib. Lakin konqresin nümayəndəsi Mark Warner əməkdaşlıq haqda rəy bildirərkən Mail.ru-nu Rusiya höküməti ilə əlaqələndirmiş və beləliklə, senatorluğun narahatlığını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Mail.ru isə öz cavabında bu kimi suallara görə texniki yoxlama keçməyə hazır olduqlarını, Facebook istifadəçilərinin məlumatlarını başqa məqsədlər üçün istifadə etmədiklərini vurğulamışdı.

CNN xəbər agentliyi mövzu ilə əlaqədar öz məqaləsində Mail.ru-nun 2009-da idarə heyəti olan Yuriy Milnerin Facebook-un 2% səhmini alması üçün 200 milyon dollar ödədiyinə diqqət çəkmişdir. The New York Times-ın araşdırmasına əsasən məbləğin bir qismi offşorlar vasitəsilə edilmişdir.

Nə üçün Millerin səhm alması bu qədər diqqət çəkir? 2009-2011-ci illərdə Miller Rusiya prezidenti idarəsi altında olan innovasiya və bu işlər üzrə komissiyanın üzvü idi. Bundan əlavə Mail.ru hal-hazırda USM holdingin başçısı Alişer Usmanova məxsusdu və həmin şəxs ABŞ-nın Kremllə bağlı üzvləri siyahısında yer alır.

Nəcibə Yusifova, Banco.az